
Lamin Yamal azarkeşlərə müraciət etdi
"Barselona"nın vingeri Lamin Yamal dizaltı vətər zədəsi səbəbindən mövsümün qalan hissəsini buraxacağı məlum olduqdan sonra sosial şəbəkə hesabında paylaşım edib.
"Barselona"nın vingeri Lamin Yamal dizaltı vətər zədəsi səbəbindən mövsümün qalan hissəsini buraxacağı məlum olduqdan sonra sosial şəbəkə hesabında paylaşım edib.
Gundem.today xəbər verir ki, vinger İspaniya çempionatının 33-cü turunda "Selta" ilə matçda (1:0) zədələnib.
"Bu zədə məni meydanda olmaq istədiyim bir vaxtda ondan kənarda qoyur. Yoldaşlarımla birlikdə mübarizə apara, komandaya ehtiyacı olduğu anda kömək edə bilməyəcəyim üçün yaşadığım bu ağrını izah belə edə bilmirəm. Amma onlara inanıram və bilirəm ki, hər matçda var-gücləri ilə mübarizə aparacaqlar.
Meydanda olmasam da, komandanın yanında olacağam. Onları dəstəkləyəcəyəm və onlarla birlikdə sevinəcəyəm. Bu, son deyil, sadəcə bir fasilədir. Daha güclü, hər zamankından daha böyük istəklə qayıdacağam və növbəti mövsüm daha yaxşı olacaq. Mesajlarınıza görə təşəkkür edirəm", - deyə L.Yamal yazıb.
L.Yamal cari mövsümdə bütün turnirlərdə 45 oyun keçirib, 24 qol vurub və 18 məhsuldar ötürmə edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanNurəddin Rəcəbov: "Komandamız Avropanın ən güclüsü olub"
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Avropa çempionatının bütün təlim-məşq toplantılarında iştirak edib.
İdmanAvropa çempionatı: Azərbaycan güləşçisi Günay Qurbanova bürünc medal qazandı
Azərbaycan güləşçisi Günay Qurbanova (59 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
İdmanİtaliya milli futbol komandası İranın yerinə mundiala gedəcək? - Rəsmi cavab gəldi
İtaliya Milli Olimpiya Komitəsinin (CONI) prezidenti Luçano Buonfilyo bildirib ki, ölkənin futbol üzrə milli komandasının İran milli futbol komandasının əvəzinə ABŞ-də keçiriləcək dünya çempionatına getməsi çətin ki, mümkün olsun.
İdmanSon günlərdə ölkə futbolunda baş verənlər müzakirə olundu - VİDEO
Baku TV-nin "İdmanda nə baş verir?" podkastının yeni buraxılışında futbol üzrə Azərbaycan çempionatının 28-ci turu və qarşıdan gələn turdakı oyunlarla bağlı müzakirə aparılıb.