
İtaliyada gənc futbolçu pizzaya görə öldürüldü - FOTO
İtaliyada gənc futbolçu Qabriel Vakkaro pizzaya görə yaranan mübahisədən sonra qətlə yetirilib.
İtaliyada gənc futbolçu Qabriel Vakkaro pizzaya görə yaranan mübahisədən sonra qətlə yetirilib.
Gundem.today xəbər verir ki, bu barədə "The Mirror" nəşri məlumat yayıb.
Məlumata görə, hadisə Paviya şəhərində baş verib. 25 yaşlı futbolçu iki dostu ilə birlikdə maşına doğru gedərkən beş nəfər onlara hücum edib.
İdmançıya hücum edən 17 yaşlı şəxs vintaçan ilə onu boynundan və qarnından vurub. Dostları yaralı futbolçunu evinə aparıblar, onun xəsarətlərinin nə dərəcədə ciddi olduğunu dərhal anlamayıblar.
Sonradan Vakkaro xəstəxanaya çatdırılıb, lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.
Ölən idmançının dostlarından biri də qarın nahiyəsindən xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti stabildir.
İstintaqın versiyasına görə, münaqişə hücum edən gənclərin futbolçundan əlindəki pizza qutularını onlara verməsini tələb etmələrindən sonra başlayıb.
Faktla bağlı üç şübhəli saxlanılıb, araşdırma davam etdirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanAvropa çempionatı: Sərbəst və qadın güləşçilərimiz xalça üzərinə çıxırlar
Bu gün Albaniyanın paytaxtı Tirana şəhərində Azərbaycanı təmsil edən beş sərbəst güləşçi Avropa çempionatında öz gücünü nümayiş etdirmək üçün mübarizəyə qoşulur.
İdmanVinisius Juniorun "Real Madrid"dəki gələcəyinə aydınlıq gəldi
"Real Madrid" komandasının cinah hücumçusu Vinisius Junior klubla yeni uzunmüddətli müqavilə barədə prinsipial razılıq əldə edib. Tərəflər yalnız son detalları tənzimləməlidirlər.
İdmanVinisius Juniorun "Real Madrid"dəki aqibətinə aydınlıq gəldi
"Real Madrid" komandasının cinah hücumçusu Vinisius Junior klubla yeni uzunmüddətli müqavilə barədə prinsipial razılıq əldə edib. Tərəflər yalnız son detalları tənzimləməlidirlər.
İdmanNurəddin Rəcəbov: "Komandamız Avropanın ən güclüsü olub"
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Avropa çempionatının bütün təlim-məşq toplantılarında iştirak edib.