Son dəqiqə
Rusiyada KVN ulduzu dəhşətli qəzada həlak olubPoqbadan dopinq qalmaqalından sonra karyerası ilə bağlı açıqlama"Böyük Dəbilqə": Rəşid Məmmədəliyev bürünc medal qazanıbRektor professoru işdən çıxardı, yeni vəzifəyə təyin etdi - FOTOSüni intellekt "Oskar"sız qalacaqQazaxıstanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrin sayı son bir ildə iki dəfə artıb
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Çili diplomatı: "2026-cı il üçün məqsəd - Azərbaycanla ticarət əlaqələrinin inkişafıdır"
Çili diplomatı: "2026-cı il üçün məqsəd - Azərbaycanla ticarət əlaqələrinin inkişafıdır"
Siyasət

Çili diplomatı: "2026-cı il üçün məqsəd - Azərbaycanla ticarət əlaqələrinin inkişafıdır"

Bu gün
16:00
0 baxış
Paylaş:

"Çili Azərbaycanla ticari-iqtisadi əlaqələrin inkişafında maraqlıdır, bu, 2026-cı il üçün əsas məqsəddir".

"Çili Azərbaycanla ticari-iqtisadi əlaqələrin inkişafında maraqlıdır, bu, 2026-cı il üçün əsas məqsəddir".

Gundem.today "Report"a istinadla xəbər verir ki, bunu Çilinin Bakıdakı müvəqqəti işlər vəkili Xuan Karlos Salasar Alvares bildirib.

Onun sözlərinə görə, hazırda əsas vəzifə ölkələr arasında ikitərəfli ticarətin inkişafıdır:

"Hazırda biz ikitərəfli ticarəti yaxşılaşdırmağa çalışırıq - bu, cari il üçün əsas məqsədimizdir".

İqtisadi əməkdaşlığın ən perspektivli istiqamətlərindən bəhs edən diplomat bildirib ki, Çili Azərbaycan texnologiyaları və dərman vasitələri ilə maraqlanır, həmçinin öz məhsullarının Azərbaycana tədarükünü genişləndirməyə ümid edir.

"Biz şirkətlər üçün Azərbaycandan bəzi texnologiyalar, eləcə də dərman vasitələri alırıq. Öz növbəmizdə biz balıq məhsulları, xüsusən də qızılbalıq, həmçinin quru meyvələr, meyvələr və digər minerallar kimi məhsullarımızı daha fəal şəkildə təklif etmək istərdik", - Alvares əlavə edib.

Diplomat vurğulayıb ki, Çili və Azərbaycan arasında beynəlxalq platformalarda fəal əməkdaşlıq qurulub:

"Çoxtərəfli əməkdaşlıq sahəsində münasibətlər çox yaxşıdır. Biz BMT çərçivəsində, İnsan Hüquqları Şurasında, eləcə də müxtəlif iqtisadi platformalarda əməkdaşlıq edirik. Biz Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə də qarşılıqlı fəaliyyət göstərmişdik, COP29 çərçivəsində də fəal siyasi əməkdaşlıq mövcud idi".

O qeyd edib ki, Azərbaycanın Qarabağ regionu əhəmiyyətli potensiala malikdir:

"Bu, mənim Qarabağa ilk səfərimdir. Azərbaycanın gələcəyə necə baxdığını və uzun müddət münaqişə vəziyyətində olmuş, indi isə dinc şəraitdə yaşayan bu regionu necə bərpa etdiyini görmək imkanım olduğu üçün çox şadam. Azərbaycan hökumətinin məhz nələr etməyi planlaşdırdığını görmək çox maraqlıdır".

Onun sözlərinə görə, region inkişaf üçün əhəmiyyətli potensiala malikdir:

"Mən çox istəyirəm ki, bu region ölkə üçün perspektivli inkişaf ərazisinə çevrilsin".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Çili#Azərbaycan#iqtisadi_əməkdaşlıq#ikitərəfli_ticarət#Xuan_Karlos_Salasar_Alvares#Qarabağın_bərpası#texnologiya#əczaçılıq#COP29#beynəlxalq_tərəfdaşlıq

Oxşar Xəbərlər

Qazaxıstanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrin sayı son bir ildə iki dəfə artıbSiyasət

Qazaxıstanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrin sayı son bir ildə iki dəfə artıb

"Qazaxıstanda təhsil alan azərbaycanlı tələbələrin sayı son bir il ərzində demək olar ki, iki dəfə artıb".

Bu gün
16:360
Botaqoz Bermuhambetova: "Qazaxıstan təhsil sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirir"Siyasət

Botaqoz Bermuhambetova: "Qazaxıstan təhsil sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirir"

"Qazaxıstan əcnəbi, o cümlədən azərbaycanlı tələbələrin cəlb edilməsi üzrə səylərini fəallaşdırır".

Bu gün
16:240
Yuri Qusev: "Qarabağdakı sürətli bərpa işləri Ukrayna üçün nümunə ola bilər"Siyasət

Yuri Qusev: "Qarabağdakı sürətli bərpa işləri Ukrayna üçün nümunə ola bilər"

Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev "X" sosial şəbəkəsində Qarabağa səfəri ilə bağlı paylaşım edib.

Bu gün
15:410
Heydər Əliyev Mərkəzində "İz" sənədli filminin nümayişi olub - FOTOSiyasət

Heydər Əliyev Mərkəzində "İz" sənədli filminin nümayişi olub - FOTO

Mayın 2-də Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində "İz" sənədli filminin nümayişi olub.

Bu gün
14:580