
Kaliforniyada 11 yaşlı oğlanın təyyarə idarə etməsi gündəm oldu - VİDEO
Kaliforniyada yaşayan 11 yaşlı uşağın təyyarə sükanı arxasına keçməsi sosial şəbəkə istifadəçilərinin heyrətinə səbəb olub.
Kaliforniyada yaşayan 11 yaşlı uşağın təyyarə sükanı arxasına keçməsi sosial şəbəkə istifadəçilərinin heyrətinə səbəb olub.
Gundem.today xəbər verir ki, bu barədə NDTV kanalı məlumat yayıb.
Yayılan videolarda 11 yaşlı Rişi Şarmanın kiçikölçülü təyyarənin pilot kabinəsində əyləşərək, mütəxəssis nəzarəti ilə idarəetmə sistemlərini peşəkarcasına tənzimlədiyi əks olunub. Şagird sərbəst şəkildə, heç bir çətinlik çəkmədən təyyarəni yerə endirir və yenidən havaya qaldırır.
Hələ yeddi yaşından aviasiya sahəsinə həvəs göstərən Rişi artıq bir neçə ildir ki, təlimatçılarla birlikdə praktik məşğələlərdə iştirak edir. Onun uçuşunu əks etdirən kadrlar izləyicilər tərəfindən rəğbətlə qarşılanıb, insanların bir qismi uşağın təmkinini və yüksək hazırlığını qeyd edərək, onun qabiliyyətini yetkin pilotların bacarıqları ilə bir tutub.
İnternet istifadəçiləri bu cür hallarda yaş senzi məsələsinə də toxunublar. Məlumdur ki, dünyanın əksər dövlətlərində kommersiya məqsədli pilot lisenziyasına sahib olmaq üçün qanuni olaraq yetkinlik yaşına çatmaq mütləqdir. Lakin uçuş məktəbləri və aviasiya klubları mütəmadi olaraq azyaşlılara ilkin hazırlıq kursları keçir, bu isə onlara peşəkarların ciddi müşayiəti ilə təyyarə idarəetməsinin təməl prinsiplərinə yiyələnmək şansı verir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünya"Google"un keçmiş top-meneceri BBC-nin yeni rəhbəri təyin edildi
BBC-nin Direktorlar Şurası teleradio şirkətinin baş direktoru vəzifəsinə "Google" şirkətinin Avropa, Yaxın Şərq və Afrika (EMEA) regionu üzrə keçmiş prezidenti Mett Brittini təyin edib.
Dünyaİran daha bir boğazı bağlamaqla hədələyir
İran öz ərazilərinə, o cümlədən adalarına yerüstü müdaxilə baş verəcəyi təqdirdə Bab-əl-Məndəb boğazını bağlayacaq.
DünyaKİV: Tramp hər gün İrana zərbələrə dair videolara baxır
ABŞ hərbçiləri hər gün ölkə Prezidenti Donald Tramp üçün əvvəlki 48 saat ərzində İranda hədəflərə endirilən ən uğurlu zərbələrin videoçarxını hazırlayırlar.
Dünya"Xatəm əl-Ənbiya" nümayəndəsi: "İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib"
"İran Silahlı Qüvvələri Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib".