
Kamboca kralı xərçəng xəstəsi olduğunu açıqladı
Kamboca Kralı Norodom Siamonidə prostat xərçəngi aşkarlanıb.
Kamboca Kralı Norodom Siamonidə prostat xərçəngi aşkarlanıb.
Gundem.today "Independent" nəşrinə istinadən xəbər verir ki, 72 yaşlı monarx müalicə üçün Çinə yollanacaq.
Bildirilir ki, o və anası Norodom Moninet fevralın sonunda planlı müayinələr üçün Pekinə gediblər. Xərçəngin mərhələsi barədə məlumat verilməyib.
Qeyd edək ki, Siamoninin atası Norodom Sianukda da 1993-cü ildə prostat xərçəngi aşkarlanmışdı və o, müalicədən sonra 2012-ci ilə qədər yaşayıb.
Siamoni 2004-cü ilin oktyabrında atasının taxtdan imtinasından sonra kral olub. O, daha əvvəl Kambocanın UNESCO-da səfiri kimi çalışıb və klassik balet rəqqası kimi tanınıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTramp: "Hörmüz boğazı tezliklə açılacaq"
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının yaxın vaxtlarda gəmiçilik üçün açılacağını bildirib.
DünyaLivan və İsrailin ABŞ-dəki səfirləri aprelin 14-də görüş barədə razılaşıblar
Livanın Vaşinqtondakı səfiri Nada Həmmadə-Muavvad israilli həmkarı Yehiel Layter ilə aprelin 14-də ABŞ Dövlət Departamentində görüş keçirmək barədə razılığa gəlib.
DünyaKİV: ABŞ İran yaxınlığına əlavə qüvvələr göndərir
ABŞ İranla Pakistanda keçiriləcək danışıqlara hazırlıq fonunda Yaxın Şərqə qoşun göndərməyə davam edir.
DünyaKİV: İran nümayəndə heyəti ABŞ ilə danışıqlar aparmaq üçün İslamabada gedib
İran nümayəndə heyəti ABŞ ilə münaqişənin tənzimlənməsi və uzunmüddətli razılaşmanın əldə olunması üzrə danışıqlar üçün Pakistanın paytaxtı İslamabada gedib.