
Keçmiş gəlinindən Məzahir Pənahova İTTİHAM: "Ona nüfuz önəmli deyil, zinət əşyalarımı qaytarmırlar"
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahov həyat yoldaşı Həlimə Ələsgərovaya Bakı Apellyasiya Məhkəməsində uduzsa da, ona aid əşyaları hələ də geri qaytarmayıb.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahov həyat yoldaşı Həlimə Ələsgərovaya Bakı Apellyasiya Məhkəməsində uduzsa da, ona aid əşyaları hələ də geri qaytarmayıb.
Gundem.today xəbər verir ki, bu barədə H.Ələsgərova Musavat.com-a danışıb.
O bildirib ki, məhkəmələrdə qalib gəlməsinə baxmayaraq, qanuni əşyaları ona geri verilməyib:
"Qaytarmaq niyyətində də deyillər. 300 min məbləğində kompensasiyadan isə ümumiyyətlə söhbət getmir. Görünür, Məzahir Pənahov üçün nə ictimai rəy, nə də nüfuz önəmlidir, əsas odur ki, maliyyə öhdəliklərindən yayınsın.
Məhkəmə zamanı qarşı tərəf əvvəlcə nə qızıl-zinət əşyalarının, nə cehizin, nə də geyimlərin mövcud olmadığını iddia edirdi. Daha sonra isə zinət əşyalarını sadəcə bijuteriya və ya sirkon kimi təqdim etməyə çalışdılar ki, onları qaytarmasınlar. Buna görə əgər zinət əşyaları qaytarılsa belə, onların əvəz olunmuş bijuteriya olması ehtimalını nəzərə alıram. Məhəmməd Pənahov barəsində cinayət işi başlanmalı və araşdırma aparılmalıdır. O, öz uşağının ölümündə məsuliyyət daşıyır".
Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsi Məhəmməd Pənahovun xanımına aid 300 min manat dəyərində olan əşyaları geri qaytarmasına dair yekun qərar çıxarıb. Daha öncə mətbuatda Həlimə Ələsgərovanın həyat yoldaşı tərəfindən fiziki zorakılığa məruz qalmasına dair məlumatlar, fotolar yayılmışdı.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətLənkəranda məşhur restoranda mənşəyi məlum olmayan alkoqollu içkilər AŞKARLANDI - FOTO
Lənkəran şəhəri, Füzuli küçəsində fəaliyyət göstərən, Əli Hacıağa oğlu Ağayevə məxsus "Ağ Saray" şadlıq evində yoxlama keçirib.
CəmiyyətSabah hava necə olacaq? - 08.04.2026
Azərbaycanda aprelin 8-də gözlənilən hava şəraiti açıqlanıb.
CəmiyyətZəngilanın I yaşayış mərhələsində işlər bitib
Zəngilan şəhərinin I yaşayış mərhələsində işlər bitib.
CəmiyyətBağça müəllimlərinin yerdəyişməsi müsabiqəsinə start verilir
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən dövlət məktəbəqədər təhsil müəssisələrində vakant tərbiyəçi-müəllim vəzifələri üzrə yerdəyişmə prosesinə qeydiyyat elan olunur.