
Keçmiş icra başçısının polkovnik qardaşı vəfat etdi
Daşkəsən rayonunun sabiq icra başçısı, keçmiş deputat Əhəd Abıyevə ağır itki üz verib.
Daşkəsən rayonunun sabiq icra başçısı, keçmiş deputat Əhəd Abıyevə ağır itki üz verib.
Gundem.today "Qafqazinfo"ya istinadən xəbər verir ki, onun qardaşı polkovnik Qadir Abıyev vəfat edib.
Əhəd Abıyev bildirib ki, qardaşı bir neçə gün öncə səhhətindəki problemlə bağlı xəstəxanaya yerləşdirilibmiş:
"Üç gün əvvəl ürəyində yaranan qəfil ağrılarla bağlı Mərkəzi Gömrük Hospitalına yerləşdirdik. Həkimlərin bütün səylərinə baxmayaraq, qardaşım bu gün həyatını itirdi".
Qeyd edək ki, sabah Qurd Qapısı qəbiristanlığında mərhumun dəfn mərasimi keçiriləcək.
Q.Abıyev uzun illər gömrük sahəsində çalışıb.
Xatırladaq ki, Ə.Abıyevin bu ilin əvvəli digər qardaşı Nadir Abıyev də vəfat etmişdi.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəPartlayışda xəsarət alan həkim Asif Nəsirov öldü
Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində baş verən partlayış nəticəsində yaralanan Mərkəzin həkim-radioloqu Asif Nəsirov vəfat edib.
HadisəPaytaxtda ağır qəza: Üç avtomobil toqquşdu - VİDEO
Paytaxtda ağır yol-nəqliyyat hadisəsi baş verib.
HadisəCəlilabadda gənc müəllim vəfat etdi
Cəlilabadda gənc müəllim vəfat edib.
HadisəÖvladı yeni hərbi xidmətə getmişdi... - Cəlilabad sakini Aeroport yolundakı dəhşətli qəzada həlak oldu
Aeroport yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüat məlum olub.