Son dəqiqə
ABŞ Ukraynaya milyonlarla dollar dəyərində olan silah satışını təsdiqlədiİctimai nəqliyyatda yayxanaraq oturanları cərimə və həbs gözləyir? - VİDEOBeynəlxalq qanunları pozan iki ölkə müharibəni "sənədləşdirir" - VİDEOHəkim Şakir Babayev vəfat etdiİrandan BƏƏ-yə sərt xəbərdarlıq: "Təhlükəli fəsadları olacaq""Güzgüyə ancaq üz qırxanda baxırlar" - Yollarda təhlükəsizliyi nələr təhdid edir? - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Aİ-Azərbaycan münasibətləri: Strateji maraqlar "qətnamə marafonu"na qarşı
Aİ-Azərbaycan münasibətləri: Strateji maraqlar "qətnamə marafonu"na qarşı
Siyasət

Aİ-Azərbaycan münasibətləri: Strateji maraqlar "qətnamə marafonu"na qarşı

Bu gün
00:30
0 baxış
Paylaş:

Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi növbəti qətnamənin ömrü cəmi beş gün çəkdi.

Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi növbəti qətnamənin ömrü cəmi beş gün çəkdi.

Gundem.today "Report"a istinadən xəbər verir ki, Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın İrəvanda keçirilmiş Avropa Siyasi Birliyinin 8-ci Zirvə toplantısından dərhal sonra Bakıya səfər etməsi "köhnə qitə"nin Azərbaycanla münasibətlərdə hansısa marjinal deputat qruplarının maraqlarından deyil, özünün strateji maraqlarından çıxış etdiyini göstərir.

Azərbaycan Prezidenti İlham Əliyevlə Kaya Kallasın müzakirə etdiyi məsələlər bir daha təsdiqləyir ki, tərəflər enerji, nəqliyyat, təhlükəsizlik kimi məsələlərdə əməkdaşlığı inkişaf etdirmək niyyətində qətidirlər.

Görüşdə həmçinin vurğulanıb ki, hazırda Azərbaycanla Avropa İttifaqının gündəliyində rəqəmsal transformasiya, süni intellekt, bərpaolunan enerji və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər də var.

Bu isə o deməkdir ki, tərəflər arasında münasibətlər həmişə olduğu kimi praqmatik yanaşmaya və qarşılıqlı etimada əsaslanır və Avropa Parlamentində qəbul edilən anti-Azərbaycan qərarları nəinki rəsmi Bakı üçün, heç Avropanın özü üçün də heç bir praktiki əhəmiyyət kəsb etmir.

Yaxın tarixə müraciət etsək görərik ki, Avropa Parlamentinin "qətnamə marafonu"na Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazandıqdan sonra start verilib və 5 ildə Azərbaycana qarşı 14 qətnamə qəbul edilib. Özü də avrodeputatlar Azərbaycan əleyhinə fəaliyyətdə rəsmi İrəvanı belə geri qoyaraq, "Roma Papasından da artıq katoliklik" nümayiş etdirə biliblər.

Onlardan fərqli olaraq, Avropa İttifaqının icra strukturları Azərbaycanla strateji münasibətlərin dəyərini real qiymətləndirir və hansısa lobbistlərin "erməni xəyalları"na qurban vermək istəmirlər. Əvvəla ona görə ki, hazırkı mürəkkəb geosiyasi vəziyyətdə rəsmi Bakı Avropanın enerji təhlükəsizliyinin təminatında müstəsna rol oynamaqdadır. Bu gün Azərbaycan ümumilikdə 16 ölkəyə təbii qaz ixrac edir ki, onların da 10-u Avropa İttifaqına üzv dövlətlərdir. Bundan əlavə, Avstriya və Almaniya da enerji təchizatlarını yaxşılaşdırmaq üçün Azərbaycana müraciət ediblər.

Rusiya ilə Ukrayna arasında müharibənin başlamasından sonra, 2022-ci ilin iyul ayında tərəflər arasında imzalanmış "Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" 2027-ci ilə qədər Xəzər hövzəsindən Avropaya təbii qaz tədarükünün iki dəfə artırılmasını və bərpaolunan enerji sahəsində əməkdaşlığın qurulmasını nəzərdə tutur.

Avropa İttifaqı ilə Azərbaycan arasında strateji dialoqun digər istiqaməti isə nəqliyyat sahəsidir ki, burada da söhbət Avropanı Xəzər və Qara dəniz üzərindən Asiya ilə birləşdirən layihələrdən, TRİPP layihəsi və nəhayət qlobal əhəmiyyət kəsb edən Orta Dəhlizdən gedir. Avropa İttifaqı bütün bu layihələrin həyata keçirilməsində son dərəcədə maraqlıdır və bu məsələdə rəsmi Bakının roluna, həmçinin təşəbbüslərinə böyük önəm verir.

Bu baxımdan Azərbaycanla Ermənistan arasında kommunikasiyaların tezliklə açılması və deməli bölgədə Azərbaycanın müəllifi olduğu sülh gündəliyinin irəli aparılması da Avropanın marağındadır. Rusiya-Ukrayna müharibəsi və İran ətrafında baş verənlər isə Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əhəmiyyətini Avropa İttifaqı üçün ikiqat artırır.

Odur ki, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi təsisatların erməni lobbisinin təsiri altında bölgədə aparılan sülh quruculuğuna mane olmaq cəhdləri praktiki nəticə verə bilməz.

Yeri gəlmişkən, bu günlərdə Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş hakimi Luis Moreno Okamponun erməni oliqarxlarına pul müqabilində xidmət göstərməsini sübut edən videolar yayıldıqdan sonra Avropa təsisatlarında anti-Azərbaycan qətnamələrinin məhz sülh prosesinə qarşı yönəldiyini də təsdiqləyib.

Buna baxmayaraq, Azərbaycan sülh gündəliyini real addımlarla irəli aparır və Ermənistan da bunun iqtisadi nəticələrini artıq hiss edir. Azərbaycan hətta Ermənistanın enerji təhlükəsizliyinə də töhfə verir ki, bu da qonşu ölkəni İran ətrafında yaranmış gərginlik səbəbindən yarana biləcək enerji qıtlığından xilas edir.

Bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Siyasi Birliyinin İrəvanda keçirilən sammitindəki çıxışı da bölgədə sülhə töhfə verən tarixi hadisə sayılmalıdır və Aİ rəhbərliyi tərəfindən də bu, adekvat qiymətləndirilir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Avropa_İttifaqı_(Aİ)#Avropa_Parlamenti#Kaya_Kallas

Oxşar Xəbərlər

Beynəlxalq qanunları pozan iki ölkə müharibəni "sənədləşdirir" - VİDEOSiyasət

Beynəlxalq qanunları pozan iki ölkə müharibəni "sənədləşdirir" - VİDEO

Amerika Birləşmiş Ştatları (ABŞ) Bəhreyn və Fars körfəzindəki müttəfiqləri ilə birlikdə Hörmüz boğazındakı vəziyyətlə bağlı İranı məsuliyyətə cəlb etmək üçün BMT Təhlükəsizlik Şurasına qətnamə layihəsi təqdim etməyə hazırlaşır.

Bu gün
01:420
Fərhad Məmmədov: "Bakı ilə İrəvan arasında sülh razılaşması Cənubi Qafqaz üçün yeni imkanlar açır"Siyasət

Fərhad Məmmədov: "Bakı ilə İrəvan arasında sülh razılaşması Cənubi Qafqaz üçün yeni imkanlar açır"

"2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh gündəliyi və sülhə aparan addımların ardıcıllığı razılaşdırılıb".

Bu gün
23:420
Siyasi kampaniyalar iflasa uğrayır: Aİ Azərbaycanla əməkdaşlığı dərinləşdirirSiyasət

Siyasi kampaniyalar iflasa uğrayır: Aİ Azərbaycanla əməkdaşlığı dərinləşdirir

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının (AK) vitse-prezidenti Kaya Kallasın ölkəmizə səfəri son illərdə formalaşan Avropa İttifaqı-Azərbaycan münasibətlərinin yeni mərhələyə keçdiyini göstərən mühüm siyasi siqnaldır. Bu səfər, xüsusilə də regionda dəyişən geosiyasi reallıqlar fonunda tərəflər arasında etimadın qorunduğunu və əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyini bir daha təsdiqləyir.

Bu gün
22:540
Avropanın diqqəti Bakıda: Regionun açar dövləti AzərbaycandırSiyasət

Avropanın diqqəti Bakıda: Regionun açar dövləti Azərbaycandır

"Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının (AK) vitse-prezidenti Kaya Kallasın "Avropa Siyasi Birliyinin" İrəvanda keçirilən 8-ci Zirvə toplantısından dərhal sonra Bakıya gələrək Prezident İlham Əliyevlə görüşməsi regionun əsas dövlətinə - Azərbaycana olan münasibətin göstəricisidir".

Bu gün
21:280