Son dəqiqə
Gərginlik ARTIR: ABŞ-nin üç aviadaşıcıyısı və minlərlə hərbçisi Yaxın Şərqə gəldiAvropa çempionatı: Azərbaycan güləşçisi finala çıxdıAbşeronda 19 cinayətin üstü açılıb, 17 nəfər saxlanılıb - VİDEO"Beşiktaş"ın sabiq futbolçusu qəfil vəfat etdi - FOTOQonşusunu müdafiə etdi, öz həyətində hücuma məruz qaldı - Ucarda çaqqalın sakinlərə xəsarət yetirməsinin TƏFƏRRÜATIHörmüz boğazı ətrafındakı gərginlik Azərbaycana yüklərin gətirilməsinə necə təsir göstərib? - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Keçmiş nazirdən xəbərdarlıq: "Pezeşkian, Qalibaf və Əraqçı öldürülə bilərlər!" - VİDEO
Keçmiş nazirdən xəbərdarlıq: "Pezeşkian, Qalibaf və Əraqçı öldürülə bilərlər!" - VİDEO
Dünya

Keçmiş nazirdən xəbərdarlıq: "Pezeşkian, Qalibaf və Əraqçı öldürülə bilərlər!" - VİDEO

Bu gün
17:46
0 baxış
Paylaş:

"Pakistan rəhbərliyinin ciddi səylərinə və ABŞ tərəfinin müzakirəyə hazır olmasına baxmayaraq, İran nümayəndə heyəti danışıqların ikinci raundu üçün İslamabada getməkdən imtina etdi. İran rəsmiləri bu imtinanı ABŞ-nin İrana qarşı dəniz blokadasını davam etdirməsi ilə əsaslandırdı. Lakin proseslər göstərir ki, bu, İran-ABŞ danışıqlarına mane olan yeganə səbəb deyil".

"Pakistan rəhbərliyinin ciddi səylərinə və ABŞ tərəfinin müzakirəyə hazır olmasına baxmayaraq, İran nümayəndə heyəti danışıqların ikinci raundu üçün İslamabada getməkdən imtina etdi. İran rəsmiləri bu imtinanı ABŞ-nin İrana qarşı dəniz blokadasını davam etdirməsi ilə əsaslandırdı. Lakin proseslər göstərir ki, bu, İran-ABŞ danışıqlarına mane olan yeganə səbəb deyil".

Bu barədə "Azad İran" "YouTube" kanalının hazırladığı videosüjetdə bəhs edilir.

"İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın başçılıq etdiyi İran nümayəndə heyətinin Pakistan paytaxtına yolunu kəsən daha mühüm səbəb ABŞ ilə danışıqlar məsələsində ölkə daxilindəki kəskin ixtilaflar və ciddi fikir ayrılıqları olub. Təsadüfi deyil ki, srağagün birtərəfli qaydada Tehranla atəşkəsi uzatmaq qərarına gələn ABŞ Prezidenti Donald Tramp bununla bağlı bəyanatında İran hakimiyyətinin ciddi parçalanmaya məruz qaldığını və bunun heç də gözlənilməz olmadığını vurğulayıb. Həmin parçalanmanın ən bariz təzahürü aprelin 11-12-də keçirilmiş danışıqlardan az sonra İran nümayəndə heyətinin, xüsusən ona rəhbərlik edən Qalibafın SEPAH-ın sərt etirazı ilə üzləşməsi və radikal siyasi qüvvələrin, ilk növbədə Səid Cəlili tərəfdarlarının kəskin tənqidinə tuş gəlməsi olub. Bu tənqid xüsusən aprelin 17-də xarici işlər naziri Abbas Əraqçının Hörmüz boğazının ticarət gəmiləri üçün tam açıldığını elan etməsindən və Donald Trampın buna görə İrana təşəkkürünü bildirməsindən sonra geniş xarakter alıb".

İranın keçmiş mədəniyyət naziri Ətəüllah Mühacirani isə ciddi təhlükə barədə xəbərdarlıq edib və Pezeşkian, Qalibaf və Əraqçının öldürülə biləcəklərini yazıb. Bir sözlə, SEPAH və supermühafizəkar siyasi qüvvələr daha əvvəl Prezident Məsud Pezeşkiana qarşı sınaqdan keçirdikləri indi Qalibafa və Əraqçıya tətbiq edirlər. Bu şəxslərin hansısa şəkildə siyasi səhnədən uzaqlaşdırılması və ya keçmiş nazirin iddia etdiyi kimi, onların fiziki məhvi ABŞ və İsrailin arzuladığı rejim dəyişikliyinin, SEPAH-ın hakimiyyəti tam ələ keçirməsi şəklində gerçəkləşməsi və ruhanilərin hakimiyyətdəki rolunun simvolik xarakter kəsb etməsi ilə nəticələnə bilər.

Daha ətraflı videosüjetdə:

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#İran_siyasəti#ABŞ_İran_danışıqları#Məsud_Pezeşkian#Məhəmmədbağır_Qalibaf#Abbas_Əraqçı#SEPAH#daxili_siyasi_böhran#sui-qəsd_təhlükəsi#Hörmüz_boğazı#Azad_İran_kanalı#İran_hökumətində_parçalanma

Oxşar Xəbərlər

Gərginlik ARTIR: ABŞ-nin üç aviadaşıcıyısı və minlərlə hərbçisi Yaxın Şərqə gəldiDünya

Gərginlik ARTIR: ABŞ-nin üç aviadaşıcıyısı və minlərlə hərbçisi Yaxın Şərqə gəldi

Üç aviadaşıyıcı zərbə qrupunun tərkibində 200-dən çox ABŞ təyyarəsi və helikopteri, eləcə də 15 000 ABŞ dənizçisi və dəniz piyadası Yaxın Şərqə gəlib.

Bu gün
19:120
Netanyahunun səhhəti ilə bağlı rəsmi açıqlama: İsrail lideri onkoloji xəstəlikdən müalicə alıbDünya

Netanyahunun səhhəti ilə bağlı rəsmi açıqlama: İsrail lideri onkoloji xəstəlikdən müalicə alıb

İsrailin Baş naziri Benyamin Netanyahu onkoloji xəstəliyi uğurla məğlub edib. Ölkə liderində prostat vəzinin xərçəngi erkən mərhələdə aşkar edilib ki, bu da həkimlərə effektiv müalicə aparmağa şərait yaradıb.

Bu gün
18:280
ABŞ-nin hərb nazirindən Hörmüzlə bağlı Avropaya SƏRT TƏNQİDDünya

ABŞ-nin hərb nazirindən Hörmüzlə bağlı Avropaya SƏRT TƏNQİD

"ABŞ Hörmüz boğazı ilə bağlı vəziyyətin tənzimlənməsi məsələsində Avropaya güvənmir".

Bu gün
18:040
İran danışıqlar üçün Pakistana nümayəndə heyəti göndərir?Dünya

İran danışıqlar üçün Pakistana nümayəndə heyəti göndərir?

İran danışıqlar aparmaq məqsədilə Pakistana öz nümayəndə heyətini yola salır.

Bu gün
17:400