
Avropa çempionatı: Azərbaycan güləşçisi finala çıxdı
Azərbaycanın sərbəst güləşçisi İslam Bazarqanov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.
Azərbaycanın sərbəst güləşçisi İslam Bazarqanov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.
Gundem.today xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarımfinalda gürcüstanlı Roberti Dinqaşviliyə 11:1 hesabı ilə qalib gəlib.
Bu gün Albaniyanın paytaxtı Tirana şəhərində Azərbaycanı təmsil edən beş sərbəst güləşçi Avropa çempionatında öz gücünü nümayiş etdirmək üçün mübarizəyə qoşulur.
Gundem.today xəbər verir ki, mötəbər turnirdə ölkəmizin idman şərəfini qoruyacaq İslam Bazarqanov (57 kq), Rəşid Babazadə (65 kq), Kənan Heybətov (70 kq), Cəbrayıl Hacıyev (79 kq) və Osman Nurmaqomedov (97 kq) medallar uğrunda xalça üzərinə çıxacaqlar.
Günün digər həyəcanverici anları isə qadın idmançılarımızın iştirakı ilə yaşanacaq. Belə ki, milli komandamızın üç qadın güləşçisi bürünc medal uğrunda həlledici görüşlərdə qüvvəsini sınayacaq. Qitə birinciliyində Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (62 kq) və Birgül Soltanova fəxri kürsünün üçüncü pilləsinə qalxmaq üçün mübarizə aparacaqlar.
Xatırladaq ki, çempionatda bundan əvvəl yunan-Roma güləşçilərimiz böyük uğura imza ataraq komanda hesabında Avropa birincisi olublar. Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl medala sahib çıxdıqları halda, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc mükafat qazanıblar. Qadın güləşçilərimizdən isə Günay Qurbanova (59 kq) ölkəmizin aktivinə daha bir bürünc medal yazdırıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Beşiktaş"ın sabiq futbolçusu qəfil vəfat etdi - FOTO
Türkiyənin "Beşiktaş" klubunun və Nigeriya milli komandasının sabiq futbolçusu Maykl Eneramo vəfat edib.
İdmanTəmkin Xəlilzadə ulduzlarla eyni komandada çıxış edəcək
Futbol üzrə Azərbaycan milli komandasının sabiq oyunçusu Təmkin Xəlilzadə karyerasını Türkiyədə davam etdirməyə hazırlaşır.
İdmanİtaliya DÇ-2026-ya İranın yerinə gedə bilərmi? - Donald Trampın CAVABI
ABŞ Prezidenti Donald Tramp 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatında (DÇ) İran yığmasının İtaliya millisi ilə əvəzlənməsi ehtimalı ilə bağlı verilən sualı cavablandırıb.
İdmanPFL prezidenti Elxan Səmədov növbəti dəfə əməliyyat olunub
Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov bu gün ayağından əməliyyat olunub.