
"Kənddə adam qalmır, hamı köçüb gedir" - Oğuzda uzun illər həllini tapmayan yol problemi - VİDEO
Oğuz rayonunun Ərmənət kəndinə gedən yol yararsız vəziyyətdədir.
Oğuz rayonunun Ərmənət kəndinə gedən yol yararsız vəziyyətdədir.
Sakinlərin Baku TV-yə sözlərinə görə, kəndə aparan təxminən 3 kilometrlik yol uzun illərdir asfalt üzünə həsrət qalıb.
Xalxal kəndinə və Qaraməryəm-İsmayıllı-Şəki magistralına yeganə çıxış olan bu yolun bərbad vəziyyətdə olması əhalinin gündəlik həyatında ciddi çətinliklər yaradır.
Sakinlərdən biri bildirib ki, yolun vəziyyəti səbəbindən nə taksi, nə də qonaqlar rahat şəkildə gələ bilir:
"Bir neçə gün əvvəl qonaqlarım gəlmişdi, dedilər, az qalmışdı ki, yarı yoldan geri qayıdaq. Bu vəziyyətdə kənddə adam da qalmır, hamı köçüb gedir".
"Yollarımız çox pis gündədir. Bu yollara hətta eşşək arabası belə yaramır. Üçkilometrlik yol elə də böyük məsafə deyil, amma aidiyyəti qurumlar bizə diqqət göstərmir", - başqa bir sakin vurğulayıb.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Oğuz rayonunun Ərmənət kəndinə gedən yolun ümumi uzunluğu 2.8 kilometrdir. Qurumun açıqlamasına görə, yolun 2 kilometrlik hissəsi Agentliyin, qalan 800 metrlik hissəsi isə bələdiyyənin balansındadır.
"Həmin yolun yenidən qurulması nəzərdə tutulur. Bununla bağlı təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Hazırda maliyyə vəsaitinin ayrılması gözlənilir. Vəsait ayrılan kimi yolda yenidənqurma işləri həyata keçiriləcək", - məlumatda qeyd olunub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətSürücülərin NƏZƏRİNƏ: Bibiheybət yolunda hərəkət tam məhdudlaşdırılacaq
Təmir-bərpa işləri ilə bağlı Bibiheybət yolunda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.
CəmiyyətKənd təsərrüfatı məhsulları təhlükədə - Qiymətlərə təsiri olacaqmı?
Son günlər ölkə ərazisində müşahidə edilən intensiv yağışlar kənd təsərrüfatı sektorunda həm yeni ümidlər, həm də ciddi narahatlıqlar yaradıb. Dəyişkən hava şəraitinin aqrar sahəyə göstərdiyi təsir hazırda əkin sahələrində çalışan fermerlərdən tutmuş bazardakı sıravi istehlakçılara qədər bütün vətəndaşların diqqət mərkəzindədir.
CəmiyyətSabah hava necə olacaq? - 13.04.2026
Azərbaycanda aprelin 13-nə gözlənilən hava şəraiti açıqlanıb.
CəmiyyətAprelin 12-də Dünya Aviasiya və Kosmonavtika Günü qeyd olunur
Aprelin 12-də Dünya Aviasiya və Kosmonavtika Günü qeyd olunur.