
Sabah hava necə olacaq? - 13.04.2026
Azərbaycanda aprelin 13-nə gözlənilən hava şəraiti açıqlanıb.
Azərbaycanda aprelin 13-nə gözlənilən hava şəraiti açıqlanıb.
Gundem.today xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 8-10° isti, gündüz 11-14° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75% olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 6-10° isti, gündüz 12-16° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-7° isti olacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətAprelin 12-də Dünya Aviasiya və Kosmonavtika Günü qeyd olunur
Aprelin 12-də Dünya Aviasiya və Kosmonavtika Günü qeyd olunur.
CəmiyyətCədvəldə var, amma dərs keçirilmir - Məktəblərdə fiziki tərbiyə fənni problemi - FOTO
Fiziki tərbiyə fənni tədris planının vacib bir hissəsidir. Həkimlər hesab edirlər ki, məktəbdə idman və bədən tərbiyəsi sağlamlığı qorumaq, zehni stresi aradan qaldırmaq və uşaqlarda intizamı inkişaf etdirmək üçün çox vacibdir. Amma bizim məktəblərdə bu fənnin tədrisi ilə bağlı problemlər müşahidə edilir.
CəmiyyətSalyanda avtomobil aşıb, qadın sərnişin ölüb
Salyanda avtomobil aşıb, qadın sərnişin ölüb.
CəmiyyətBir sıra ərazilərə yağış, Şahdağa qar yağıb - FAKTİKİ HAVA
Aprelin 12-si saat 11:00-a olan faktiki hava açıqlanıb.