
KİV: ABŞ-nin İranla münaqişənin həlli planında Tehran üçün qəbuledilməz şərtlər var
ABŞ-nin İranla münaqişəni tənzimləmək üçün irəli sürdüyü son təklifdə Tehran üçün qəbuledilməz şərtlərin yer aldığı bildirilir.
ABŞ-nin İranla münaqişəni tənzimləmək üçün irəli sürdüyü son təklifdə Tehran üçün qəbuledilməz şərtlərin yer aldığı bildirilir.
Gundem.today xəbər verir ki, bu barədə "Tasnim" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, ABŞ mətbuatında tərəflərin müharibəni dayandırmaq üçün memorandum imzalamağa yaxın olması barədə xəbərlər yayılsa da, Tehran hələlik rəsmi cavab verməyib. Qeyd olunur ki, ABŞ-nin son planında İran tərəfi üçün qəbuledilməz bəndlər mövcuddur.
Agentliyin həmsöhbəti iddia edib ki, ABŞ KİV-in bu mövzu ilə bağlı təbliğatı Prezident Donald Trampın Hörmüz boğazında gəmilərin təhlükəsiz tranzitini nəzərdə tutan "Project Freedom" əməliyyatının dayandırılması barədə qərarına bəraət qazandırmaq məqsədi daşıyır.
Xatırladaq ki, bir müddət əvvəl "Axios" portalı Vaşinqton və Tehranın hərbi münaqişəni sona çatdıracaq bir səhifəlik memorandumu imzalamağa yaxın olduğunu iddia etmişdi. Nəşrin məlumatına görə, ABŞ tərəfi rəsmi Tehranın bu təkliflərə 48 saat ərzində cavab verəcəyini gözləyir. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai isə bildirib ki, hazırda təkliflər nəzərdən keçirilir və cavab daha sonra vasitəçi tərəfə - Pakistana təqdim ediləcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaPakistan sülh masasına ev sahibliyi edir: ABŞ və İran arasında həlledici görüş
Pakistan gələn həftə ABŞ və İran arasında danışıqların ikinci raunduna ev sahibliyi etməyə hazırlaşır.
DünyaKİV: İranın ABŞ-yə vurduğu ziyan açıqlandığından qat-qat çoxdur - FOTO
İran ABŞ-nin hərbi obyektlərinə əvvəllər rəsmi olaraq bəyan ediləndən qat-qat çox zərbə endirib.
DünyaABŞ və İran arasında nüvə razılaşması yaxınlaşır? - "Bir səhifəlik plan"ın DETALLARI
ABŞ və İran uranın zənginləşdirilməsinə 10 ildən artıq müddətə moratorium tətbiq edilməsi və yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılması imkanlarını müzakirə edirlər.
DünyaDağıstan hökuməti istefaya göndərildi: Müvəqqəti baş nazir təyin edildi
Rusiyanın Dağıstan Respublikasının rəhbəri vəzifəsinin müvəqqəti icraçısı Fyodor Şukin respublika hökumətini istefaya göndərib.