
KİV: Hörmüz boğazının bağlanması yeni marşrutların yaradılmasına səbəb olub
Hörmüz boğazının bağlanması iri gəmiçilik şirkətlərini alternativ logistika marşrutları yaratmağa məcbur edib.
Hörmüz boğazının bağlanması iri gəmiçilik şirkətlərini alternativ logistika marşrutları yaratmağa məcbur edib.
Gundem.today xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, yeni marşrut Avropanı Fars körfəzi limanları ilə birləşdirən çoxpilləli logistika zəncirindən ibarət olacaq. Buraya dəniz daşımaları, Səudiyyə Ərəbistanı ərazisindən avtomobil tranziti və son mərhələdə kiçik gəmilərlə çatdırılma daxildir.
İlk reysin mayın 10-da Belçikanın Antverpen limanından yola düşəcəyi planlaşdırılır. Gəmilər Almaniya, İtaliya, Litva və İspaniya limanlarında dayanaraq yük toplayacaq, sonra Süveyş kanalından keçərək Qırmızı dənizə daxil olacaq və Ciddə ilə Kral Abdullah limanına yan alacaqlar. Buradan yüklər avtomobillərlə yarımadanın şərqinə - Dammama daşınacaq, daha sonra isə kiçik gəmilərlə Əbu-Dabi və Cəbəl-Əli kimi əsas logistika mərkəzlərinə çatdırılacaq.
Bu uzun və baha başa gələn marşrutlar Hörmüz boğazının uzunmüddətli bağlanması fonunda ticarət əlaqələrini qorumaq üçün yeganə çıxış yolu kimi qiymətləndirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaAvstriyada uşaq qidasında zəhər tapılması ilə bağlı şübhəli saxlanıldı
Avstriyada "Hipp" markalı uşaq qidasında zəhər tapılması ilə bağlı bir şübhəli şəxs saxlanılıb.
DünyaAlmaniya Litvada tank briqadası formalaşdırır
Almaniya Litvada tank briqadası formalaşdırır və bölmənin 2027-ci ilə qədər tam döyüş hazırlığına çatdırılması planlaşdırılır.
DünyaKİV: İran ABŞ blokadası fonunda neft hasilatını azaldır
İran ABŞ-nin tətbiq etdiyi dəniz blokadası fonunda neft anbarlarının dolmasının qarşısını almaq üçün hasilatı azaltmağa başlayıb.
DünyaNobel Sülh Komitəsi İranı Nərgiz Məhəmmədini azad etməyə çağırdı
Nobel Sülh Komitəsi İran hökumətindən siyasi məhbus və Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədinin azad edilməsini tələb edib.