
KİV: İran Fransanın iki vətəndaşını azad etdi
İran hakimiyyəti 2022-ci ildə casusluq şübhəsi ilə saxlanılan Fransa vətəndaşları Sesil Koler və Jak Parini Parisin Tehrana qarşı iddiasını BMT-nin Beynəlxalq Ədalət Məhkəməsindən geri götürməsinə cavab olaraq azad edib.
İran hakimiyyəti 2022-ci ildə casusluq şübhəsi ilə saxlanılan Fransa vətəndaşları Sesil Koler və Jak Parini Parisin Tehrana qarşı iddiasını BMT-nin Beynəlxalq Ədalət Məhkəməsindən geri götürməsinə cavab olaraq azad edib.
Gundem.today xəbər verir ki, bu barədə IRNA agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Fransa hakimiyyəti həmçinin 2025-ci ildə guya terrora bəraət qazandırdığına görə saxlanılan "Lümyer Lion 2" Universitetinin professoru, iranlı tərcüməçi Məhdiyə İsfəndiyarini də azad edib.
Sesil Koler və Jak Pari 2022-ci ilin may ayında İranda saxlanılmışdılar. İslam Respublikasının Kəşfiyyat Nazirliyi onları əməkhaqlarının artırılmasını tələb edən müəllimlərin etiraz aksiyaları zamanı iğtişaşlar təşkil etməyə cəhd göstərməkdə ittiham edib.
Daha sonra Fransa tərəfi konsulluq müdafiəsinin təmin edilmədiyini əsas gətirərək BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldırmışdı. Hazırda isə Parisin bu iddianı geri götürməsi fonunda saxlanılan şəxslərin azad edildiyi bildirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ Hərbi Dəniz Qüvvələri büdcədən raketlər üçün yeddi milyard dolların ayrılmasını istəyir
ABŞ Hərbi Dəniz Qüvvələri gələn ilin büdcəsində 785 ədəd "Tomahawk" qanadlı raketinin alınması üçün 3 milyard dollar, 540 ədəd "Standard Missile 6" (SM-6) zenit-raket əleyhinə kompleksinin raketləri üçün isə 4,33 milyard dollar ayrılmasını təklif edib.
DünyaABŞ-nin İrana qarşı müharibəsi neçəyə başa gəldi? - Fantastik rəqəmlər AÇIQLANDI
Ekspertlərin hesablamalarına görə, ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının xərcləri təxminən 30 milyard dollar təşkil edib.
DünyaDağıstandakı daşqınlar nəticəsində altı nəfər ölüb
"Dağıstandakı daşqınlar nəticəsində altı nəfər ölüb, 200-dən çox insan xilas edilib".
Dünyaİstanbulda İsrail konsulluğuna silahlı hücumla əlaqəli daha iki nəfər saxlanıldı
İstanbulun Beşiktaş rayonunun Levent məhəlləsində yerləşən İsrail baş konsulluğuna silahlı hücumla bağlı aparılan təhqiqat çərçivəsində daha iki nəfər saxlanılıb.