Son dəqiqə
"Modenis" MMC (eManat) "MPAY" MMC-yə qoşulurSabah Bakıda 17 dərəcə isti olacaq, rayonlara qar, dolu yağacaq - 09.04.2026Bakıda yeni tikilən metro stansiyası VAXTINDAN ƏVVƏL istifadəyə verilə bilər - FOTOİstanbulda İsrail konsulluğu qarşısında terror cəhdinə görə saxlanılanların sayı artırGürcüstanda adam öldürməyə cəhddə təqsirləndirilən Azərbaycan vətəndaşı saxlanıldıPerinatal Mərkəzin sabiq direktoru: "TƏBİB-ə iki ay yalvardım"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. KİV: İran Hörmüz boğazından milyardlarla dollar gəlir əldə edəcək
KİV: İran Hörmüz boğazından milyardlarla dollar gəlir əldə edəcək
Dünya

KİV: İran Hörmüz boğazından milyardlarla dollar gəlir əldə edəcək

Bu gün
11:12
0 baxış
Paylaş:

"Ehtimal olunur ki, gəmilərin Hörmüz boğazından keçməsi üçün 2 milyon dollar rüsum tətbiq edilərsə, İranın bu istiqamətdən illik gəlirləri ən azı 64 milyard dollara çata bilər".

"Ehtimal olunur ki, gəmilərin Hörmüz boğazından keçməsi üçün 2 milyon dollar rüsum tətbiq edilərsə, İranın bu istiqamətdən illik gəlirləri ən azı 64 milyard dollara çata bilər".

Gundem.today xəbər verir ki, bu hesablamanı İranın dövlət teleradio şirkəti rəhbərinin müavini Həsən Abedini aparıb.

"Hörmüz boğazı rəsmi Tehranın ağıllı idarəetməsi altında olan bir dəhlizə çevrilib. Ötən il ərzində bu boğazdan 32 min gəminin keçdiyini və hər birindən 2 milyon dollar alındığını nəzərə alsaq, İranın təxminən 64 milyard dollar qazanc əldə etməsi mümkündür", - deyə o, dövlət televiziyasının efirində çıxış edərkən bildirib.

Xatırlada ki, ABŞ Prezidenti Donald Tramp 8 aprel 2026-cı il tarixində, Tehrana verdiyi ultimatumun bitməsinə bir neçə saat qalmış, Vaşinqtonun iki həftəlik atəşkəsə razılıq verdiyini bəyan edib. Ağ Ev lideri "Truth Social" sosial şəbəkəsində yazıb ki, o, Pakistan rəhbərliyinin xahişi və Tehranın Hörmüz boğazını tamamilə açması şərti ilə bu barışığı qəbul edib. Tramp, həmçinin qeyd edib ki, ABŞ İrandan gələcək sülh müqaviləsinin əsasını təşkil edə biləcək on tələb alıb.

Qeyd edək ki, ABŞ prezidentinin Tehranla razılaşma üçün müəyyən etdiyi son möhlət 8 aprel, Bakı vaxtı ilə saat 4:00-da başa çatırdı. Tramp bu müddət bitdikdən sonra İrana "cəhənnəm yaşatmaqla" və onu "daş dövrünə" qaytarmaqla hədələmiş, ölkənin elektrik stansiyalarına, enerji infrastrukturuna və körpülərinə zərbələr endirəcəyinə söz vermişdi. Buna cavab olaraq Tehran xəbərdarlıq etmişdi ki, İranın cavab zərbələri nəticəsində Səudiyyə Ərəbistanı da daxil olmaqla bütün region tam qaranlığa qərq olacaq. İranın Ali Milli Təhlükəsizlik Şurası atəşkəslə bağlı razılığını təsdiqləyib. Bu barədə bəyanatı İranın xarici işlər naziri Abbas Əraqçı yayımlayıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Hörmüz_boğazı#İran#ABŞ#Donald_Tramp#atəşkəs#Həsən_Abedini#gəmi_keçidi_rüsumu#İran_iqtisadiyyatı#ABŞ-İran_gərginliyi#sülh_müqaviləsi

Oxşar Xəbərlər

İstanbulda İsrail konsulluğu qarşısında terror cəhdinə görə saxlanılanların sayı artırDünya

İstanbulda İsrail konsulluğu qarşısında terror cəhdinə görə saxlanılanların sayı artır

Türkiyə təhlükəsizlik qüvvələri İstanbulda İsrail baş konsulluğunun qarşısında xüsusi təyinatlı polis qüvvələrinə hücum edən terrorçularla əlaqədə şübhəli bilinən on nəfəri saxlayıb.

Bu gün
12:340
ABŞ ilə danışıqlarda İran nümayəndə heyətinin rəhbəri bəlli olduDünya

ABŞ ilə danışıqlarda İran nümayəndə heyətinin rəhbəri bəlli oldu

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf aprelin 10-da İslamabadda ABŞ ilə danışıqlar üçün nümayəndə heyətinin rəhbəri təyin edilib.

Bu gün
12:120
Hörmüz boğazı açılsa da, təyyarə yanacağı tədarükünün bərpası aylar çəkəcəkDünya

Hörmüz boğazı açılsa da, təyyarə yanacağı tədarükünün bərpası aylar çəkəcək

"İran Hörmüz boğazını yenidən açsa belə, Yaxın Şərq neft emalı gücündə yaranan fasilələr nəzərə alınmaqla reaktiv yanacaq tədarükünün bərpası aylar çəkəcək".

Bu gün
12:080
Yaxın Şərqdə müharibədə ölən və yaralananların SAYI AÇIQLANDI - FOTODünya

Yaxın Şərqdə müharibədə ölən və yaralananların SAYI AÇIQLANDI - FOTO

ABŞ-İsrail və İran münaqişəsi başlayandan aprelin 7-ə qədər olan müddətdə bölgədə həlak olanların və yaralananların sayı açıqlanıb.

Bu gün
11:561