
KİV: "Meta" təxminən 8000 əməkdaşı ixtisar edəcək
"Meta" şirkəti mayın 20-də genişmiqyaslı ixtisarlar həyata keçirmək niyyətindədir. İlin ikinci yarısında isə daha çox ixtisarlar olacaq.
"Meta" şirkəti mayın 20-də genişmiqyaslı ixtisarlar həyata keçirmək niyyətindədir. İlin ikinci yarısında isə daha çox ixtisarlar olacaq.
Gundem.today-ın məlumatına görə, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən xəbər verib.
Qeyd olunub ki, birinci mərhələ işçi qüvvəsinin təxminən 10%-ni və ya təxminən 8 000 işçinin ixtisarını edəcək. Əlavə ixtisarların təfərrüatı hələlik dəqiqləşdirilməyib - rəhbərlik süni intellekt texnologiyalarının inkişafından asılı olaraq planları dəyişə bilər.
Şirkət planlaşdırılan ixtisarların vaxtı və miqyası barədə şərh verməkdən imtina edib.
"Reuters"in məlumatına görə, hər iki ixtisar dalğası "Meta"nın süni intellektdən istifadə etməklə səmərəliliyi artırmaqla əlaqədardır. Hazırkı dəyişikliklər çərçivəsində "Meta" artıq mühəndislərinin bir qismini avtonom süni intellekt agentlərinin yaradılmasına yönəlmiş yeni "Tətbiqi süni intellekt" bölməsinə keçirib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaDirijor milyon dollarlıq skripkanı yerə saldı - VİDEO
Finlandiyada konsert zamanı dirijor təsadüfən solistin əlindən dəyəri bir milyon dollar olan nadir skripkanı yerə salıb.
DünyaSpirtli içkinin ağrılı yan təsiri - Həkim xəbərdarlıq etdi
Alkoqol mədə-bağırsaq traktının işinə mənfi təsir göstərə bilər.
DünyaTürkiyədə "ruhlar kəndi" turistlərin ziyarətinə açılacaq - FOTO
Türkiyənin İzmir vilayətinin Ödemiş rayonunda sakinlərin köçməsi nəticəsində boş qalan, yalnız bir neçə ailənin yaşadığı və tərk edilmiş görünməsi səbəbi ilə "ruhlar kəndi" kimi tanınan Lübbey məhəlləsi turistik məkana çevriləcək.
DünyaHəkim xərçəng xəstəliyindən "sığortalanmış" insan qrupunu açıqladı
Jilber sindromu olan insanlarda xərçəng xəstəliyi daha az diaqnoz edilir və onlar daha uzun yaşayırlar.