
KİV: Yeni araşdırma melatonin və maqneziumun yuxu üçün təsirsiz olduğunu göstərib
Yeni araşdırma göstərib ki, milyonlarla insanın istifadə etdiyi melatonin və maqnezium yuxuya getməni əhəmiyyətli dərəcədə yaxşılaşdırmır.
Yeni araşdırma göstərib ki, milyonlarla insanın istifadə etdiyi melatonin və maqnezium yuxuya getməni əhəmiyyətli dərəcədə yaxşılaşdırmır.
Gundem.today xəbər verir ki, bu barədə məlumatı "The New York Times" yayıb.
Araşdırmaya görə, melatoninin təsiri halların təxminən yarısında plasebodan fərqlənmir və orqanizm zamanla süni hormona öyrəşərək öz melatonin istehsalını azalda bilər.
Maqnezium isə yuxu problemləri yalnız əzələ spazmları ilə bağlı olan şəxslər üçün müəyyən fayda verir.
Bundan əlavə, CBD tərkibli məhsulların (kannabis ekstraktlı yağların) yuxuya müsbət təsiri elmi şəkildə sübut olunmayıb.
Mütəxəssislər qeyd edir ki, keyfiyyətli yuxunun əsas düşmənləri xroniki stres, elektron cihazların yaydığı "mavi işıq" və nizamsız yuxu rejimidir.
Onların sözlərinə görə, sabit yuxu qrafiki və fiziki aktivlik isə heç bir xərc tələb etmədən yuxunun keyfiyyətini yaxşılaşdıra bilər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaBritaniyada əkiz bacılar DNT testi etdilər - Nəticələr hər kəsi təəccübləndirdi
Ömürləri boyu eyni valideynlərdən dünyaya gəlmiş əkizlər olduqlarını düşünən 49 yaşlı Laviniya və Mişel Osborn, DNT analizi verdikdən sonra fərqli atalara sahib olduqlarını öyrəniblər. Bu hadisə elmdə heteropaternal superfekundasiya adlandırılan olduqca nadir bioloji fenomenin nümunəsidir.
DünyaMeksikada ştat qubernatoru ABŞ-nin ittihamlarından sonra vəzifəsini tərk etdi
Meksikanın Sinaloa ştatının qubernatoru Ruben Roça Moya ABŞ-nin narkotik ticarəti ilə bağlı ittihamlarından sonra səlahiyyətlərini müvəqqəti dayandırdığını açıqlayıb.
DünyaYoko Ono Fransada "John Lemon" pivəsinin satışının dayandırılmasını tələb edib
Əfsanəvi "The Beatles" rok-qrupunun üzvü, mərhum musiqiçi Con Lennonun həyat yoldaşı Yoko Ono Fransadakı pivə istehsalçısından "John Lemon" adlı məhsulun satışını dayandırmağı tələb edib.
DünyaSiqaret çəkmək sakitləşməyə kömək edir? - Onkoloqdan açıqlama
"Emosional gərginlik dövründə siqaret çəkmək orqanizmi əlavə fizioloji stresə məruz qoyur və bu da ürək-damar xəstəlikləri, eləcə də xərçəng riskini əhəmiyyətli dərəcədə artırır".