
Kolumbiya prezidenti Ekvador liderini məhkəməyə verəcək
Kolumbiya dövlət başçısı Qustavo Petro narkokartellə ehtimal olunan əlaqələri barədə böhtan atdığı üçün ekvadorlu həmkarı Daniel Noboanı məhkəməyə verəcəyini açıqlayıb.
Kolumbiya dövlət başçısı Qustavo Petro narkokartellə ehtimal olunan əlaqələri barədə böhtan atdığı üçün ekvadorlu həmkarı Daniel Noboanı məhkəməyə verəcəyini açıqlayıb.
Gundem.today xəbər verir ki, bu barədə Petro özünün "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Mənə qarşı səsləndirdiyi böhtana görə prezident Noboanı məhkəməyə vermək qərarına gəldim", - deyə qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl Noboa Kolumbiyanın "Semana" jurnalına müsahibəsində bildirib ki, Petro 2025-ci ilin mayında Ekvadorun Manta şəhərinə səfəri zamanı yerli "Vətəndaş inqilabı" müxalifət partiyasının nümayəndələri ilə görüşüb. İddiaya görə, bu şəxslərin bəziləri 2024-cü ilin yanvarında həbsxanadan qaçan və 2025-ci ilin iyununda yaxalanan "Los-Çoneros" narkokartelinin başçısı, "Fito" ləqəbli Adolfo Masiasla əlaqəlidir. "Onların Fito ilə təkbətək görüşüb-görüşmədiyini indi iddia edə bilmərəm. Amma, belə deyək, o, eyni mühitdə və eyni məkanda olub", - deyə Noboa vurğulayıb.
Petro isə Mantada olduğu müddətdə Ekvador hərbçiləri və şəxsi mühafizəsi tərəfindən müşayiət olunduğunu bildirib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaNeft kəskin ucuzlaşmadan sonra yenidən BAHALAŞDI
ABŞ ordusu tərəfindən İran gəmisinin ələ keçirilməsi və Tehranın Hörmüz boğazını yenidən bağlaması ilə Yaxın Şərqdə yeni eskalasiya qorxusu fonunda neft qiymətləri bu gün təxminən 5%-dən çox artıb.
DünyaHörmüz müəmması: İran gəmilərə yeni qaydalar tətbiq edir? - VİDEO
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı vasitəsilə gəmilərin təhlükəsiz hərəkəti üçün müəyyənləşdirdiyi yollardan biri də Lark adasının yaxınlığındadır.
Dünyaİran ABŞ-dən sanksiyalar və dondurulmuş aktivlərlərlə bağlı nə tələb edib?
İran hakimiyyəti ABŞ-dən ona qarşı mövcud sanksiyaları əhəmiyyətli dərəcədə yumşaltmağı xahiş edir.
DünyaABŞ-nin İran gəmisini necə ələ keçirdiyinin kadrları yayılıb - VİDEO
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Oman körfəzində İran bayrağı altında hərəkət edən "Touska" adlı yük gəmisinin ələ keçirilməsini əks etdirən video paylaşıb.