Son dəqiqə
İsrail Livanın cənubunda atəşə hazır raket qurğusunu məhv etdi"Azerconnect Group" və NVIDIA arasında tərəfdaşlıq müqaviləsi imzalanıbAzərbaycan çempionatında yeni azarkeş rekordu: Son onilliyin ən yüksək göstəricisi qeydə alındıTürkiyədə sosial media nəzarətə götürüldü: 25 nəfər saxlanıldı"Zirə" Premyer Liqada 100-cü dəfə heç-heçə edib"İdeyadan asılqana": Geyim dizaynı mərkəzində tədris prosesinin incəlikləri - FOTOREPORTAJ
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Azərbaycanda bəzi məktəblərin bufetlərində qadağan edilən məhsullar satılırmış - FOTO
Azərbaycanda bəzi məktəblərin bufetlərində qadağan edilən məhsullar satılırmış - FOTO
Cəmiyyət

Azərbaycanda bəzi məktəblərin bufetlərində qadağan edilən məhsullar satılırmış - FOTO

Bu gün
11:04
0 baxış
Paylaş:

Cari ilin mart ayı ərzində 390 ümumtəhsil müəssisəsində monitorinq keçirilib.

Cari ilin mart ayı ərzində 390 ümumtəhsil müəssisəsində monitorinq keçirilib.

Gundem.today xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, həmin məktəblərdən 263-də ciddi sanitar pozuntular (sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qeyri-qənaətbəxş olması, məhsulların saxlanması zamanı temperatur rejiminə düzgün əməl olunmaması, işçilərin məcburi tibbi müayinədən keçməməsi və şəxsi gigiyena qaydalarına əməl etməməsi, qida blokunda təmizlik və dezinfeksiya tədbirlərinin aparılmaması və s.) müəyyən edilib. Eyni zamanda 23 məktəbdə yararlılıq müddəti bitmiş, 5 məktəbdə isə bufetdə satılması qadağan edilən məhsullar aşkarlanıb.

Yararlılıq müddəti bitmiş və satılması qadağan edilmiş məhsullar dərhal satışdan kənarlaşdırılıb. Aşkar olunmuş uyğunsuzluqlarla bağlı məsul şəxslər barəsində inzibati tədbir görülüb, icrası məcburi göstərişlər verilib. Eyni zamanda, məsələnin ciddi şəkildə nəzarətə götürülməsi üçün Elm və Təhsil Nazirliyinə və regional təhsil idarələrinə məktublar ünvanlanıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin 171 saylı müvafiq qərarına əsasən, ümumtəhsil müəssisələrində şagirdlərin qidalanması zamanı istifadə olunması qadağan edilən məhsulların siyahısı müəyyən edilib. Qanunvericiliklə bu tip müəssisələrdə istehlaka təqdim edilməsi qadağan olunmuş və yararlılıq müddəti bitmiş məhsulların uşaqlara satılmasına yol verilmir. Məktəblərin qida blokunun sanitar-texniki və sanitar-gigiyenik vəziyyəti, istehlaka verilən qida məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri də tələblərə uyğun olmalıdır.

Pozuntu aşkar edilən məktəblərin siyahısı ilə buradan tanış ola bilərsiniz

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#AQTA#məktəb_bufetləri#sanitar_pozuntular#qida_təhlükəsizliyi#ümumtəhsil_müəssisələri#monitorinq#vaxtı_keçmiş_məhsullar#məktəblərdə_yoxlama#gigiyena_qaydaları#qida_bloku.

Oxşar Xəbərlər

Sumqayıtda dəm qazından zəhərlənən uşaqdan sonuncusu EVƏ BURAXILIBCəmiyyət

Sumqayıtda dəm qazından zəhərlənən uşaqdan sonuncusu EVƏ BURAXILIB

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində dəm qazından zəhərlənən uşaqlardan sonuncusu da ambulator müalicə üçün xəstəxanadan evə buraxılıb.

Bu gün
11:270
Qazaxda TIR-a çırpılan avtomobildə xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDICəmiyyət

Qazaxda TIR-a çırpılan avtomobildə xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI

Bakı-Qazax magistral yolunun rayonun İkinci Şıxlı kəndindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.

Bu gün
10:500
"Azərpoçt"un yeni rəhbəri MƏLUM OLDU - FOTOCəmiyyət

"Azərpoçt"un yeni rəhbəri MƏLUM OLDU - FOTO

"Azərpoçt" MMC-nin İdarə Heyətinin (İH) sədri vəzifəsinə təyinat olub.

Bu gün
10:470
İş yerini dəyişdirmək istəyən MÜƏLLİMLƏRİN NƏZƏRİNƏ - MÜDDƏT BİTİRCəmiyyət

İş yerini dəyişdirmək istəyən MÜƏLLİMLƏRİN NƏZƏRİNƏ - MÜDDƏT BİTİR

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu bu gün başa çatır.

Bu gün
10:460