
Kolumbiyada prezidentliyə namizədə sui-qəsd hazırlanıb - Hökumətdən xəbərdarlıq
Kolumbiya hakimiyyəti müxalifət düşərgəsindən prezidentliyə namizəd Paloma Valensiyanı ona qarşı planlaşdırılan sui-qəsd barədə xəbərdar edib.
Kolumbiya hakimiyyəti müxalifət düşərgəsindən prezidentliyə namizəd Paloma Valensiyanı ona qarşı planlaşdırılan sui-qəsd barədə xəbərdar edib.
Gundem.today xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bu barədə siyasətçi özü mətbuat nümayəndələrinə açıqlama verib.
"Müdafiə və daxili işlər nazirləri, eləcə də Milli Polisin rəhbəri narko-terrorçu qruplaşmaların yenidən mənim ölümüm üçün mükafat təyin etdiklərini diqqətimə çatdırdılar", - deyə o qeyd edib.
Valensiya bildirib ki, dövlət qurumları bu məlumatı ictimaiyyətlə bölüşməsinə icazə verib. Namizədin sözlərinə görə, sui-qəsd planı fəaliyyətini dayandırmış Kolumbiya İnqilabi Silahlı Qüvvələrinin keçmiş üzvlərindən ibarət qruplaşma tərəfindən hazırlanıb.
"Mənim həyatıma son qoymaq məqsədilə "Buçetula" ləqəbli şəxsə 2 milyard peso (560 min dollar - red.) məbləğində ödəniş edilib. Hazırda istintaq prosesi getdiyi üçün digər təfərrüatları açıqlaya bilmərəm", - deyə siyasətçi vurğulayıb.
Qeyd edək ki, Paloma Valensiya sabiq dövlət başçısı Alvaro Uribenin təsis etdiyi Demokratik Mərkəz partiyasının rəhbərlik etdiyi sağçı koalisiyanın namizədidir. Mövcud sorğuların nəticələrinə əsasən, o, seçici dəstəyinə görə üçüncü sıradadır. Xatırladaq ki, Kolumbiyada növbəti prezident seçkilərinin mayın 31-də keçirilməsi planlaşdırılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaBuryatiyada qar uçqunu: Ölənlərin sayı artdı
Xilasedicilər Buryatiyada qar uçqunu baş verən mədəndə daha iki meyit tapıblar.
DünyaBƏƏ OPEC və OPEC+ ittifaqlarını tərk edəcək - Tarix açıqlandı
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 2026-cı il mayın 1-dən etibarən OPEC və OPEC+ alyansını tərk etməklə bağlı qərar qəbul edib.
Dünyaİrana qarşı müharibədən bəri LNG daşıyan ilk tanker Hörmüzdən keçib
ABŞ-İsrail və İran arasında münaqişə başlayandan bəri mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan ilk tanker Hörmüz boğazından keçərək Fars körfəzindən yola düşüb.
DünyaKanada və Ukrayna birgə PUA istehsalına hazırlaşırlar
Kanadanın "Sentinel" və adı açıqlanmayan Ukrayna şirkəti pilotsuz uçuş aparatları (PUA) istehsalı məqsədilə birgə müəssisə qurmağı planlaşdırıblar.