Kombilərlə bağlı MƏHDUDİYYƏTİN SƏBƏBİ: Yeni qayda mənzil qiymətlərini artıracaq? - VİDEO
Nazirlər Kabinetinin müvafiq qərarı ilə çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına məhdudiyyət tətbiq ediləcək. Qərara əsasən, fərdi istilik sistemlərinin quraşdırılmasına çoxmənzilli yaşayış binası 5 mərtəbəyə qədər olduqda, binanın yerləşəcəyi əraziyə qaz təchizatı nəzərdə tutulmadıqda və mənzillərdə istilik təchizatının fərdi qaydada bərpa olunan enerji mənbələri hesabına təmin edilməsi nəzərdə tutulduqda icazə veriləcək.

Bəs fərdi istilik sistemlərinin quraşdırılmasına məhdudiyyətin tətbiqi yeni tikiləcək yaşayış binalarında mənzillərin qiymətlərinə təsir edə bilər?
Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı Baku TV-yə deyib ki, mərkəzləşdirilmiş qazanxana sisteminin qurulması mənzillərin maya dəyərini artıracaq:
"Bu da qiymətə təsir göstərəcək. Lakin digər tərəfdən mənzil sahiblərinin istiliklə bağlı xərcləri azala bilər".
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc da yeniliyin tətbiqinin yaşayış sahələrinin qiymətlərini artıracağı qənaətindədir. Daşınmaz əmlak üzrə ekspert Elnur Azadov isə fərdi istilik sistemlərinin quraşdırılmasına məhdudiyyətlərin qoyulması ilə bağlı fərqli fikirdədir.
O, mərkəzləşdirilmiş qazanxanaların fərdi istilik sistemini əvəzləyə bilməyəcəyini deyir. Onun sözlərinə görə, kombi sistemi vətəndaşa daha çox müstəqillik verir və nasazlıq zamanı problemi daha qısa müddətdə həll etməyə imkan yaradır:
"Amma iri qazanxanaların texniki baxışı, təmiri və istiliyin ötürülməsi zamanı yaranan itkilər də nəzərə alınmalıdır. Bu isə mərkəzləşdirilmiş istilik sisteminə malik mənzillərin cəlbediciliyini azalda bilər".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətSumqayıtda qəzalı vəziyyətdə olan xəstəxana sökülür
Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan, Hacı Zeynalabdin qəsəbəsində yerləşən 3 nömrəli Şəhər Xəstəxanasının binası qəzalı vəziyyətə görə mərhələli şəkildə boşaldılır.
CəmiyyətAzərbaycanda birinci sinfə qəbulla bağlı yenilik edilib
Dövlət ümumi təhsil müəssisələrində dövlət standartları əsasında digər dildə təhsil almaq istəyən şagirdlərin həmin tədris dili üzrə müsahibədən keçirilməsi qaydası təsdiqlənib.
CəmiyyətDövlət məktəblərində xarici dildə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
Dövlət ümumi təhsil müəssisələrində dövlət standartları əsasında digər dildə təhsil almaq istəyən şagirdlərin həmin tədris dili üzrə müsahibədən keçirilməsi qaydası təsdiqlənib.
Cəmiyyət"WUF13 Azerbaijan": Bakı qlobal dialoqa ev sahibliyi etməyi səbirsizliklə gözləyir - VİDEO
Bakı Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) qonaqlarını qarşılamağı səbirsizliklə gözləyir.