
Komitə rəsmisi: "Xüsusi qayda yoxdursa, memara "bunu belə edin" demək mümkün deyil"
"Dövlət Şəhərsalma və Arxitektura Komitəsi daxilində yaşıl həllər ilə bağlı qaydalar hazırlana bilər".
"Dövlət Şəhərsalma və Arxitektura Komitəsi daxilində yaşıl həllər ilə bağlı qaydalar hazırlana bilər".
Gundem.today xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmisi Şahnaz Bədəlova Dövlət Ekoloji Ekspertiza Agentliyində (DEEA) keçirilən ictimai dinləmədə deyib.
O bildirib ki, qaydalar hazırlanarkən şəhərin iqlimi nəzərə alınmalı, ekoloji məsələlərə diqqət yetirilməlidir:
"Qaydaların hazırlanması, onların tətbiqi xeyli vaxt alan məsələdir. Qaydaları bu gün hazırlayıb tətbiq etmək olmur. Hansı şəhərlərə sıfırdan baxmağa imkan varsa onlara diqqət edilir. Torpaqların layihələndirilməsində baxılır ki, bəzi ərazilərdə torpaq qatı yağış sularını udur və yaranacaq fəsadların qarşısını alır.
Binaların tikintisində işıqlanma, izolyasiya məsələlərinə diqqət yetirilir.
Əgər hər hansı problemlə bağlı xüsusi qayda yoxdursa, memara "bunu belə edin" demək mümkün deyil".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətNazilə Salmanova instituta direktor təyin edildi
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən instituta yeni direktor təyin olunub.
CəmiyyətAQTA məşhur restoranda aparılan yoxlamanın görüntülərini təqdim etdi - FOTO - VİDEO
Mediada "Alp Delux" şadlıq evində yoxlama aparılmaması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
CəmiyyətKinematoqrafçılar İttifaqına yeni sədrin seçiləcəyi TARİX MƏLUM OLDU
Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultayın keçiriləcəyi tarix məlum olub.
CəmiyyətPaytaxtın bəzi küçələrində sıxlıq var - FOTO - 08.05.2026
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.