Son dəqiqə
Antalyada İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilib - FOTOFaciələr qəfil olmur - biz, sadəcə, baxmırıqAndrey Sibiqa: "Azərbaycanla münasibətlərin daha da yaxşılaşdırılmasına böyük önəm veririk"Antalyada İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilirHikmət Hacıyev: "Azərbaycanın xarici siyasət gündəliyi sülhə yönəlib" - VİDEOİran generalından ABŞ və İsrailə çağırış: "Hərbi gücümüzü qəbul edin"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
Cəmiyyət

Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib

Bu gün
19:36
0 baxış
Paylaş:

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Gundem.today-a bildirilib ki, məhkəmə iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında Konstitusiyanın 62-ci maddəsi baxımından Cinayət-Prosessual Məcəlləsinin 74.3-cü maddəsində nəzərdə tutulan "axırıncı yaşayış yeri" və 522.6-cı maddəsində nəzərdə tutulan "sonuncu yaşayış yeri" anlayışlarının "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 1, 2, 3 və 5-ci maddələri ilə əlaqəli şəkildə şərh olunmasına dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim F.Məmmədovun məruzəsini, maraqlı subyektlər Azərbaycan Prokurorluğunun sorğusunu və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə, Bakı Apellyasiya Məhkəməsi, Vəkillər Kollegiyası tərəfindən təqdim olunmuş mütəxəssis mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri, hüquq elmləri doktoru F.Abbasovanın və həmin kafedranın müəllimi, hüquq üzrə fəlsəfə doktoru L.Məmmədovanın rəyini və iş materiallarını araşdırıb, müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Konstitusiyanın 62-ci maddəsinin hüquqi təyinatından və "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 1-ci maddəsinin tələblərindən irəli gələrək, Cinayət-Prosessual Məcəllənin 74.3 və 522.6-cı maddələrində ərazi üzrə məhkəmə aidiyyətini müəyyən edən "axırıncı yaşayış yeri" və "sonuncu yaşayış yeri" anlayışları "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 3-cü maddəsində əks olunan sənədlərdə göstərilən yaşayış yerini ehtiva edir.

Şəxs hər hansı səbəbdən yaşayış yeri üzrə qeydiyyatdan çıxdıqda məhkəmə aidiyyəti həmin şəxsin sonuncu dəfə qeydiyyata alındığı yaşayış yeri üzrə müəyyən edilir.

Konstitusiyanın 62-ci maddəsinin, hüquqi müəyyənlik prinsipinin tələbləri və Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla:

- təqsirləndirilən şəxs Azərbaycanda yaşayış yeri üzrə qeydiyyata alınmadığı halda xaricdə törədilməsi ehtimal olunan cinayətə dair işin ərazi üzrə məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi ilə bağlı Cinayət-Prosessual Məcəllənin 74.3-cü maddəsinin təkmilləşdirilməsi;

- Cinayət-Prosessual Məcəllənin 74.3 və 522.6-cı maddələrində nəzərdə tutulan "axırıncı yaşayış yeri" və "sonuncu yaşayış yeri" anlayışlarının, həmçinin 74.1-ci maddəsində əks olunmuş "cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan" ifadəsinin "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun 25.5, 54.2 və 56.0.2-ci maddələrinin tələblərinə uyğunlaşdırılması məqsədilə həmin maddələrdə müvafiq dəyişikliklərin edilməsi Milli Məclisə tövsiyə edilsin.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Konstitusiya_Məhkəməsi#Fərhad_Abdullayev

Oxşar Xəbərlər

Faciələr qəfil olmur - biz, sadəcə, baxmırıqCəmiyyət

Faciələr qəfil olmur - biz, sadəcə, baxmırıq

Türkiyədə bir şagirdin öz oxuduğu məktəbdə qətliam törətməsi xəbərini oxuyanda qəribə bir boşluq hiss etdim. Həmin uşağın qeydlərində belə bir cümlə var idi:

Bu gün
21:000
92 nömrəli marşrutun avtobusları yenilənirCəmiyyət

92 nömrəli marşrutun avtobusları yenilənir

Binəqədi (10 May küçəsi) və Biləcəri qəsəbələrini metronun "Memar Əcəmi" stansiyası ilə əlaqələndirən 92 nömrəli müntəzəm marşrutda istismar olunan avtobusların bir qismi yenilənir.

Bu gün
20:120
Naxçıvanda beş yeni körpələr evi tikiləcəkCəmiyyət

Naxçıvanda beş yeni körpələr evi tikiləcək

Naxçıvan Muxtar Respublikasında beş yeni körpələr evi-uşaq bağçası tikiləcək.

Bu gün
19:240
Bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün ayrılmış kvota yeri dolubCəmiyyət

Bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün ayrılmış kvota yeri dolub

"Bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən ayrılmış kvota yeri dolub".

Bu gün
18:480