
Faciələr qəfil olmur - biz, sadəcə, baxmırıq
Türkiyədə bir şagirdin öz oxuduğu məktəbdə qətliam törətməsi xəbərini oxuyanda qəribə bir boşluq hiss etdim. Həmin uşağın qeydlərində belə bir cümlə var idi:
Türkiyədə bir şagirdin öz oxuduğu məktəbdə qətliam törətməsi xəbərini oxuyanda qəribə bir boşluq hiss etdim. Həmin uşağın qeydlərində belə bir cümlə var idi:
"Bir gün böyük bir zərər verdikdə mənim varlığımı dərk edəcəklər".
Bu cümlə hadisənin özündən daha qorxuludur. Çünki bu cür şeylər birdən-birə yaranmır - illərlə görünməyən, eşidilməyən, tanınmayan birinin içində yığılır.
Sonra öz məktəb illərim yadıma düşdü.
Bu yaxınlarda sinif yoldaşlarım və müəlliməmizlə 16 ildən sonra yenidən bir qrupda toplandıq. Maraqlısı odur ki, sanki heç vaxt ayrılmamışdıq. Eyni zarafatlar, eyni dinamika. Hətta müəllimənin bizə yanaşması, bizim üçün can yandırması belə eyni idi.
Amma bu dəfə fərqli bir şey də var idi: artıq bir-birimizə real həyatda fayda verməyə çalışırıq. Kimin nə iş gördüyünü bilirik, kimə necə kömək edə biləcəyimizi anlayırıq.
Və ən qəribəsi - mən, demək olar ki, hamısı haqqında detalları xatırlayıram. Kim nə istəyirdi, kim nəyi sevirdi, kim hansı xarakterdə idi. Hətta parta yoldaşıma uşaq vaxtı göz həkimi olmaq istədiyini xatırladanda özü təəccübləndi.
Bu, təsadüf deyil.
Bizim dövrdə sistem belə qurulmuşdu: hamıya danışmaq növbəsi çatırdı. Gec-tez hər kəsin hekayəsini öyrənirdin. Sanki bir serialda hər kəs haqqında ayrıca seriya olmalıymış kimi.
Arxa sırada sakit oturan biri bir gün dərsdə müəllimin sualına cavab verərdi və həmin günün mövzusu olardı. Heç bir xüsusiyyətini bilmədiyin biri bir gün musiqi dərsində mahnı oxuyardı və birdən-birə tənəffüsdə hamı onunla söhbət etməyə başlayardı.
Bu gün isə vəziyyət fərqlidir.
Məktəbdə də, işdə də eyni tip insanları görürsən: əlində telefon, baxışı boş, reaksiyası sıfır. Fiziki olaraq oradadır, amma sosial olaraq mövcud deyil. Onun kim olduğunu bilmirsən.
Eyni mühitdə olursunuz, amma heç vaxt qarşılaşmırsınız.
Bu artıq fərdi məsələ deyil - bu, struktur problemidir.
İndi insanlar öz həyatlarını real mühitdə yox, seçilmiş auditoriya qarşısında yaşayırlar. Sosial şəbəkələrdə, anonim qruplarda, maraq dairələrində. Orada görünürlər, orada reaksiya alırlar.
Real mühit formal xarakter daşıyır.
Nəticə isə sadədir:
Sən illərlə eyni sinifdə oxuduğun adamı tanımırsan. Universitetdə yan-yana oturduğun insan haqqında heç nə bilmirsən. İş yerində bir masada oturduğun adamın nə düşündüyündən xəbərsizsən.
Və ən təhlükəlisi - kimsə səssizcə yox olur və heç kim fərqinə varmır.
Bizim vaxtımızda münasibətlər uzunmüddətli idi. Məktəb, universitet, həyat - insanlar bir-birinin həyatında qalırdılar.
İndi isə hamı müvəqqəti kimi davranır.
Sanki hər şey, onsuz da, dağılacaq.
Bu düşüncə insanları bir-birinə sərmayə qoymaqdan saxlayır. Heç kim tanımağa zəhmət çəkmir, çünki "dəyərmi?" sualı var.
Amma problem də elə buradan başlayır.
Çünki biz tanımadığımız insanlardan ibarət bir cəmiyyətdə yaşayırıqsa, orada empatiya olmur. Empatiya yoxdursa, nəzarət də olmur.
Nəzarət yoxdursa, faciələr "gözlənilməz" görünür.
Əslində isə heç biri gözlənilməz deyil.
Sadəcə, bir gün kimsə nəhayət var olduğunu sübut etmək üçün çox yanlış bir üsul seçir.
Və biz o anda təəccüblənirik.
Halbuki problem çoxdan başlamışdı.
Sadəcə, biz artıq bir-birimizi görmürük.
Problem heç vaxt qəfil olmur - sadəcə, biz gec görürük.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətIcrammer: Daha sürətli öyrən, daha yüksək bal al!
Icrammer.com imtahan hazırlığını yeni mərhələyə daşıyır: süni intellekt dəstəyi, 200 000-dən çox unikal tapşırıq və fərdiləşdirilmiş öyrənmə imkanları bir platformada.
CəmiyyətSon bir həftədə ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 133 min manatdan çox ziyan dəyib - RƏSMİ
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt, Abşeron, Qax və Oğuzda yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Cəmiyyət92 nömrəli marşrutun avtobusları yenilənir
Binəqədi (10 May küçəsi) və Biləcəri qəsəbələrini metronun "Memar Əcəmi" stansiyası ilə əlaqələndirən 92 nömrəli müntəzəm marşrutda istismar olunan avtobusların bir qismi yenilənir.
CəmiyyətKonstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.