
Kubok həyəcanı: "Zirə" üçüncü, "Sabah" isə ardıcıl ikinci dəfə finalda!
Bizon Azərbaycan Kubokunun finalında "Zirə" üçüncü, "Sabah" isə ikinci dəfə qələbə uğrunda yaşıl meydana çıxacaq.
Bizon Azərbaycan Kubokunun finalında "Zirə" üçüncü, "Sabah" isə ikinci dəfə qələbə uğrunda yaşıl meydana çıxacaq.
Gundem.today xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.
Gərgin keçən yarımfinal oyunlarında "Zirə" "Turan Tovuz"u (2:0, 0:0), "Sabah" isə güclü rəqibi "Qarabağ"ı (2:2, 2:1) üstələyərək mübarizədən kənarlaşdırıb.
Bununla da qəsəbə klubu öz tarixində 3-cü dəfə final həyəcanı yaşamaq hüququ qazanıb. Qeyd edək ki, Zirənin eyniadlı təmsilçisi daha əvvəl 2021/2022 və 2023/2024 mövsümlərində də həlledici matçların iştirakçısı olub.
Digər finalçı "Sabah" isə həm öz tarixində, həm də ardıcıl olaraq ikinci dəfə bu mötəbər mərhələdə gücünü sınayacaq. Ötən mövsümün qalibi olan Abşeron təmsilçisi bu dəfə də titulunu qoruyub saxlamağa çalışacaq. Mayın 13-də baş tutacaq böyük dueldə üz-üzə gələcək hər iki komandanın ortaq cəhəti odur ki, onlar əvvəlki final oyunlarında məhz eyni rəqiblə - "Qarabağ"la qarşılaşıblar.
Tarixə nəzər salsaq, 1992-ci ildən bəri keçirilən bu nüfuzlu yarışın finallarında ümumilikdə 19 fərqli komanda iştirak edib: "Qarabağ" - 12, "Neftçi" - 11, "Şamaxı" - 6, "Xəzər Lənkəran", "Qəbələ" - 5, "Kəpəz" - 4, "Bakı", "Zirə" - 3, "Kür Nur", "Şəmkir", "Sumqayıt", "Sabah" - 2, "İnşaatçı", "Şəfa", "Xəzri", "MKT-Araz", "Karvan", "Xəzər Lənkəran", "İnşaatçı" isə 1 dəfə həlledici matça vəsiqə qazanıblar.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Sabah" - "Qarabağ" oyununda baş hakimin qərarlarının doğru olub-olmaması ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Kubokunun yarımfinal mərhələsində keçirilmiş "Sabah" - "Qarabağ" oyunundakı mübahisəli epizodları şərh edib.
İdmanElvin Cəfərquliyev və Abbas Hüseynov geri dönürlər? - Maksim Medvedevdən AÇIQLAMA
"Elvin və Abbas əsas komandaya qayıtmaq üçün fərdi şəkildə əlavə hazırlıq keçirlər".
İdman"Barselona"ya ağır zərbə: Lamin Yamal mövsümü başa vurdu
İspaniya çempionatının 33-cü turu çərçivəsində baş tutan "Selta" ilə qarşılaşmada (1:0) "Barselona"nın gənc ulduzu Lamin Yamal zədələnib.
İdmanDerbi öncəsi gərginlik: "Fənərbağça"dan Dursun Özbəkə cavab gəldi
"Fənərbağça" klubu "Qalatasaray" prezidenti Dursun Özbəkin derbi matçı ərəfəsində verdiyi açıqlamaya cavab verib.