
"Barselona"ya ağır zərbə: Lamin Yamal mövsümü başa vurdu
İspaniya çempionatının 33-cü turu çərçivəsində baş tutan "Selta" ilə qarşılaşmada (1:0) "Barselona"nın gənc ulduzu Lamin Yamal zədələnib.
İspaniya çempionatının 33-cü turu çərçivəsində baş tutan "Selta" ilə qarşılaşmada (1:0) "Barselona"nın gənc ulduzu Lamin Yamal zədələnib.
Gundem.today xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti rəsmi məlumat yayıb.
Bildirilib ki, budun arxa əzələsindən xəsarət alan ispan vinger cari mövsümdə komandasına bir daha kömək edə bilməyəcək.
"Tibbi müayinələr əsas heyət oyunçusu Lamin Yamalın sol ayağının dizaltı vətərindən zədə aldığını təsdiqləyib. Futbolçuya konservativ müalicə tətbiq ediləcək. Lamin Yamal mövsümün qalan hissəsini buraxacaq, lakin onun dünya çempionatında iştirak edə biləcəyi gözlənilir", - deyə Kataloniya təmsilçisinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunur ki, Yamalın 2026-cı ildə keçiriləcək dünya çempionatına qədər bərpa prosesini yekunlaşdırması planlaşdırılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanElvin Cəfərquliyev və Abbas Hüseynov geri dönürlər? - Maksim Medvedevdən AÇIQLAMA
"Elvin və Abbas əsas komandaya qayıtmaq üçün fərdi şəkildə əlavə hazırlıq keçirlər".
İdmanKubok həyəcanı: "Zirə" üçüncü, "Sabah" isə ardıcıl ikinci dəfə finalda!
Bizon Azərbaycan Kubokunun finalında "Zirə" üçüncü, "Sabah" isə ikinci dəfə qələbə uğrunda yaşıl meydana çıxacaq.
İdmanDerbi öncəsi gərginlik: "Fənərbağça"dan Dursun Özbəkə cavab gəldi
"Fənərbağça" klubu "Qalatasaray" prezidenti Dursun Özbəkin derbi matçı ərəfəsində verdiyi açıqlamaya cavab verib.
İdman"Sabah"dan mühüm addım: "Sivasspor"un futbolçusu birdəfəlik "bayquşlar"a keçir
"Sabah" növbəti mövsümün planlamasını davam etdirir.