
Kürdəmirdə magistral su xətti partlayıb, rayon mərkəzi və altı kənd susuz qalıb
Kürdəmirdə magistral su xətti partlayıb, rayon mərkəzi və 6 kənd susuz qalıb.
Kürdəmirdə magistral su xətti partlayıb, rayon mərkəzi və 6 kənd susuz qalıb.
Gundem.today "Report"a istinadla xəbər verir ki, qəza Külüllü-Kürdəmir magistral su xəttinin 32-ci km-dəki hissəsində - rayonun Qaraqocalı kəndi ərazisində qeydə alınıb.
Diametri 55 mm olan su borusunun partlaması nəticəsində ətrafdakı həyətyanı sahələri su basıb və sakinlərə xeyli maddi ziyan dəyib.
Hadisə yerinə aidiyyəti qurumun canlı qüvvəsi və texnikası cəlb olunub. Qəzanın aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Qeyd edək ki, Külüllü-Kürdəmir magistral su xətti 2013-cü ildə dövlət vəsaiti hesabına inşa olunub və rayonun ümumilikdə 21 min sakinini içməli su ilə təmin edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətMartın 27-si Milli Elm Günüdür
Elm cəmiyyətlərin inkişafını müəyyən edən əsas amillərdən biri kimi tarix boyu xüsusi əhəmiyyət kəsb edib. Azərbaycanda da bu sahəyə verilən dəyərin göstəricisi olaraq hər il martın 27-si Milli Elm Günü kimi qeyd olunur.
Cəmiyyətİrandan Azərbaycana indiyədək 3 040 şəxs təxliyə olunub - FOTO
İrandan fevralın 28-i saat 8:00-dan martın 27-i saat 10:00-dək Azərbaycana ümumilikdə 3 040 nəfər təxliyə olunub.
CəmiyyətVaqif İsrəfilzadənin vəzifəsi kiçildildi, yerinə təyinat oldu - ÖZƏL
Beyləqan Rayon İcra Hakimiyyətinin əməkdaşı vəzifəsindən azad edilib.
CəmiyyətQlen Dalisay: "Qarabağda bərpa işlərinin sürəti heyranedicidir"
"Qarabağda tikinti və bərpa işlərinin sürəti, son illərdə Azərbaycanın simasındakı dəyişikliklər beynəlxalq səyyahları heyran edir".