
Yaponiya "Tomahawk" raketlərini buraxa bilən ilk esminesə sahiblənib
Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrinin "Aegis" sistemi ilə təchiz olunmuş "Tyokay" esminesi ABŞ-nin "Tomahawk" qanadlı raketlərini buraxmaq üçün modernləşdirilib.
Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrinin "Aegis" sistemi ilə təchiz olunmuş "Tyokay" esminesi ABŞ-nin "Tomahawk" qanadlı raketlərini buraxmaq üçün modernləşdirilib.
Gundem.today-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Yaponiya Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, "Tyokay" 2025-ci ildə modernləşdirilmə və ekipaj hazırlığı üçün Birləşmiş Ştatlara göndərilib. ABŞ ərazisində sınaq buraxılışlarından sonra gəminin bu ilin sentyabr ayının ortalarında Naqasaki prefekturasının Sasebo şəhərindəki əsas bazasına qayıtması və bundan sonra döyüş növbətçiliyinə başlaması planlaşdırılıb.
"Tyokay" Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrinin "Tomahawk" raketlərini buraxa bilən ilk gəmisidir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaHusilərdən Səudiyyə Ərəbistanına XƏBƏRDARLIQ: "Yaxın Şərqdə müharibəyə qoşula bilərik"
Yəməndə fəaliyyət göstərən "Ənsar Allah" (husilər) qruplaşması Səudiyyə Ərəbistanı rəhbərliyinə xəbərdarlıq edərək, Yaxın Şərqdəki mövcud toqquşmalara qoşulacağı ilə bağlı hədə-qorxu gəlib.
DünyaHavayda vertolyot qəzası: Ölənlər və yaralananlar var - FOTO
ABŞ-nin Havay ştatındakı Kauai adasında ekskursiyalar üçün istifadə edilən vertolyot qəzaya uğrayıb.
DünyaSEPAH İsrailin mərkəzinə raket və dron zərbələri endirib - 83-cü hücum dalğası
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin mərkəzində yerləşən Modiin şəhəri ətrafındakı hərbi hədəflərə pilotsuz uçuş aparatları (PUA) və raketlərlə zərbələr endirib.
Dünyaİranın Qum və Urmiya şəhərlərinə raket zərbələri: Ölənlər var
İranın mərkəzində yerləşən Qum şəhərində yaşayış məntəqəsinə edilən hava hücumu zamanı ən azı altı dinc sakin həlak olub.