
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar - FOTO
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğunun ərazisində fəaliyyət göstərən ABAD Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğunun ərazisində fəaliyyət göstərən ABAD Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar.
Gundem.today AZƏRTAC-a istinadən xəbər verir ki, mərkəzin yaradılmasında əsas məqsəd Azərbaycanın, xüsusilə Şəki bölgəsinin qədim keramika irsinin qorunması, bu sənət ənənələrinin gələcək nəsillərə ötürülməsi və ölkəmizin mədəni irsinin tərkib hissəsi kimi beynəlxalq səviyyədə tanıdılmasına töhfə verməkdir.
Qeyd olunub ki, mərkəzdə yerli sənətkarlar üçün əlverişli istehsal şəraiti yaradılıb, onların məhsullarının bazara çıxışı və yaradıcılıq fəaliyyətinin inkişafı dəstəklənir.
Daha sonra Leyla Əliyeva və Arzu Əliyeva ABAD-çı rəssam keramistlərin fəaliyyəti ilə yaxından tanış olub, keramika məhsullarının hazırlanması prosesində sənətkarlarla birlikdə iştirak ediblər. Sənətkarlar tərəfindən müxtəlif keramika nümunələrinin hazırlanmasında Leyla Əliyevanın rəsm əsərlərindən ilham alındığı diqqətə çatdırılıb. Leyla Əliyeva əsərlərinə göstərilən diqqətə görə keramistlərə təşəkkür edib, milli sənət ənənələrinin qorunması və inkişafı istiqamətində fəaliyyətlərini yüksək qiymətləndirib, onlara yeni yaradıcılıq uğurları arzulayıb.
Sonda Mərkəzin kollektivi və sənətkarlarla xatirə şəkilləri çəkdirilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətŞuşada İƏT-in turizm üzrə yüksəksəviyyəli ekspertlər qrupunun iclası keçirilir
Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) turizm üzrə yüksəksəviyyəli ekspertlər qrupunun 9-cu iclası keçirilir.
SiyasətŞuşada İƏT-in turizm üzrə yüksəksəviyyəli ekspertlər qrupunun iclası keçirilir - FOTO
Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) turizm üzrə yüksəksəviyyəli ekspertlər qrupunun 9-cu iclası keçirilir.
SiyasətŞuşada ECO-nun turizm üzrə yüksəksəviyyəli ekspertlər qrupunun iclası keçirilir - FOTO
Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) turizm üzrə yüksəksəviyyəli ekspertlər qrupunun 9-cu iclası keçirilir.
SiyasətÇexiyanın baş nazirinin Azərbaycana səfəri başa çatıb - FOTO
Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycan Respublikasına rəsmi səfəri aprelin 28-də başa çatıb.