
"Qadınlar şüurlu, kişilər şüursuz şəkildə xəyanət edirlər" - Ekspertlə SENSASİON MÜSAHİBƏ
"Əvvəlki dövrdə insanlar sanki münasibətə şüursuz şəkildə yanaşırdılar. Onlar nəsil artırmaq, ailə olmaq üçün evlənirdilər. İndi isə cütlüklərin münasibətlərdən gözləntiləri daha da çoxalıb. Ona görə də indi evliliklər daha çox gözə batır".
"Əvvəlki dövrdə insanlar sanki münasibətə şüursuz şəkildə yanaşırdılar. Onlar nəsil artırmaq, ailə olmaq üçün evlənirdilər. İndi isə cütlüklərin münasibətlərdən gözləntiləri daha da çoxalıb. Ona görə də indi evliliklər daha çox gözə batır".
Bu fikirləri Gundem.today-a müsahibəsində ailə məsələləri üzrə beynəlxalq ekspert Zəhra Əskərzadə deyib.
Müsahibədən bəzi məqamları diqqətinizə çatdırırıq:
Z.Əskərzadə vurğulayıb ki, kişi münasibətdə ilk addımı atmırsa, onu cəsarətsiz adlandırmaq olmaz:
"İnsanlar bir çox hallarda özlərini tanımadan münasibətə başlayırlar. Azərbaycan ailələrində sosial basqı, təzyiq yüksək səviyyədədir. Kimsə tək qalmaqdan qorxur deyə münasibətə başlayır. Həmçinin indiki dönəmdə "doğru insanı tapmaq" anlayışı geniş yayılıb. Doğru insan ideal şəxs deyil. Doğru insan tapılmır, inşa edilir".
Z.Əskərzadə bildirib ki, iradəsi zəif olan şəxslər xəyanətə meyil edirlər:
"Xəyanət varsa, cütlükdə sistem problemi var. Xəyanət etmək asan psixoloji üsuldur. Kişilər xəyanət edəndə sanki problemlərini həll etməyə çalışırlar. Almaq istədikləri duyğunu başqa qadınlardan əldə edə bilərlər. Sağlam cütlüklər isə problemi həll etməyə çalışırlar".
Müsahibimiz evlilikdən əvvəl cütlüklərin bir yerdə yaşaması məsələsinə də toxunub və bildirib ki, bunun müsbət tərəfləri var.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətEşqi Bağırov: "Məktəblərdə distant təhsilə keçid nəzərdə tutulmur"
"Təhlükəsizlik məqsədilə məktəblərdə distant təhsilə keçid nəzərdə tutulmur".
CəmiyyətMəktəblərdə keçirilən monitorinqlərlə bağlı RƏSMİ AÇIQLAMA - FOTO
"Regional təhsil idarələri və hüquq-mühafizə orqanları ilə birgə əməkdaşlıq çərçivəsində bir qisim məktəbdə monitorinqlər həyata keçirilir".
CəmiyyətAttestatlarla bağlı YENİLİK
"Bu ildən etibarən attestatlar elektron formada təqdim olunacaq".
CəmiyyətAMEA-nın vəzifəli şəxsi dünyasını dəyişdi - FOTO
Azərbaycan Milli Elmləri Akademiyasının (AMEA) vəzifəli şəxsi dünyasını dəyişib.