Son dəqiqə
İran ABŞ-dən yeni təkliflər aldığını açıqladıAmerikalı reper həbsxanada bıçaqlandığı üçün 100 milyon dollar təzminat tələb edirQadınlardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazandıKiyevdə silahlı şəxs supermarketdə insanları girov götürdü - VİDEOBakıda ilk dəfə çərpələng festivalı keçirildi - VİDEOCeyhun Bayramov: "Yaxın aylarda Ermənistan-Azərbaycan normallaşma prosesinə dair labüd məsələlərin həlli yekunlaşa bilər"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Livanda Fransa hərbçisi həlak oldu, Makron "Hizbullah"ı ittiham etdi - FOTO
Livanda Fransa hərbçisi həlak oldu, Makron "Hizbullah"ı ittiham etdi - FOTO
Dünya

Livanda Fransa hərbçisi həlak oldu, Makron "Hizbullah"ı ittiham etdi - FOTO

Bu gün
18:24
0 baxış
Paylaş:

"BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) sülhməramlı kontingentində xidmət edən fransız hərbçi Livanın cənubunda endirilən zərbə nəticəsində həyatını itirib".

"BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) sülhməramlı kontingentində xidmət edən fransız hərbçi Livanın cənubunda endirilən zərbə nəticəsində həyatını itirib".

Gundem.today xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron "X" hesabında məlumat yayıb.

"Montabandakı 17-ci paraşüt-mühəndis alayının baş serjantı Florian Montorio bu gün səhər saatlarında Livanın cənubunda BMT sülhməramlı missiyasına edilən hücum zamanı həlak olub. Hadisədə daha üç hərbçi yaralanıb və onlar təxliyə ediliblər", - deyə dövlət başçısı paylaşımında qeyd edib.

Makronun sözlərinə görə, bütün faktlar hücuma görə məsuliyyətin "Hizbullah"ın üzərinə düşdüyünü sübut edir. Bu səbəbdən o, Livan rəhbərliyindən günahkarların həbs edilməsini və UNIFIL ilə birlikdə nizam-intizamın təmin olunması üçün məsuliyyəti öz üzərinə götürməsini tələb edib.

Qeyd edək ki, sülhməramlı missiya 1978-ci ildə İsrailin Livana müdaxiləsindən sonra BMT Təhlükəsizlik Şurasının qətnaməsinə əsasən yaradılıb. Təşkilatın mandatı hər altı aydan bir yenilənir. UNIFIL-in tərkibində 47 ölkədən təqribən 7.5 min nəfər xidmət edir.

Livan Prezidenti Cozef Aun də fransalı həmkarı ilə telefon danışığı zamanı ölkədə Fransa Silahlı Qüvvələrinin bir hərbçisinin həlak olması ilə nəticələnən sülhməramlı qüvvələrə hücumu kəskin pisləyib. Aunun dəftərxanasından verilən məlumata əsasən, o, Makrona insidentin tam araşdırılması barədə göstəriş verdiyini çatdırıb.

"Prezident bir daha təsdiqləyib ki, BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinə (UNIFIL) qarşı istənilən hücumu birmənalı rədd edən Livan dövləti bu qüvvələrin təhlükəsizliyinin qorunmasına və onların öz vəzifələrini yerinə yetirməsi üçün lazımi şəraitin yaradılmasına tam sadiqdir", - deyə açıqlamada qeyd olunub.

C.Aun bildirib ki, müvafiq qurumlara insidentin dərhal təhqiq olunması və günahkarların kimliyinin müəyyənləşdirilməsi tapşırılıb. Aun, həmçinin xüsusi olaraq vurğulayıb ki, Livan hakimiyyəti cinayətdə əli olan bütün şəxsləri tərəddüd etmədən məsuliyyətə cəlb edəcək.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#BMT_sülhməramlıları#Fransa_hərbçisi#Livan#cənubi_Livan#UNIFIL#Emmanuel_Makron#Hizbullah#hərbi_hücum#sülhməramlı_missiya

Oxşar Xəbərlər

İran ABŞ-dən yeni təkliflər aldığını açıqladıDünya

İran ABŞ-dən yeni təkliflər aldığını açıqladı

İran ABŞ-dən Pakistan vasitəsilə danışıqlar üçün yeni təklifləri alıb və hazırda bunlar nəzərdən keçirilir.

Bu gün
20:000
Amerikalı reper həbsxanada bıçaqlandığı üçün 100 milyon dollar təzminat tələb edirDünya

Amerikalı reper həbsxanada bıçaqlandığı üçün 100 milyon dollar təzminat tələb edir

ABŞ-də reper Tori Leynz (Deystar Piterson) Kaliforniya həbsxana sisteminə qarşı federal iddia qaldırıb. O, təhlükəli məhbusla qanunsuz olaraq eyni kameraya yerləşdirildiyini və həmin şəxsin ona hücum edərək çoxsaylı bıçaq xəsarətləri yetirdiyini iddia edir.

Bu gün
19:480
Kiyevdə silahlı şəxs supermarketdə insanları girov götürdü - VİDEODünya

Kiyevdə silahlı şəxs supermarketdə insanları girov götürdü - VİDEO

Ukraynanın paytaxtı Kiyevdə silahlı şəxs küçədə insanlara atəş açıb və sonra supermarketdə bir neçə nəfəri girov götürüb.

Bu gün
19:340
İran Təhlükəsizlik Şurasından Hörmüz boğazı ilə bağlı VACİB AÇIQLAMADünya

İran Təhlükəsizlik Şurasından Hörmüz boğazı ilə bağlı VACİB AÇIQLAMA

İran hərbi əməliyyatlar tamamilə bitənə və regionda davamlı sülh bərqərar olanadək Hörmüz boğazından gəmilərin keçidinə nəzarət edəcək.

Bu gün
19:000