
Londonda evini təmir edən qadın qonşularına 270 min dollar ödəyəcək
Londonun prestijli Naytsbric rayonundakı mənzilin təmiri keçmiş "Goldman Sachs" bankiri Leda Sara üçün böyük maliyyə itkiləri ilə nəticələnib.
Londonun prestijli Naytsbric rayonundakı mənzilin təmiri keçmiş "Goldman Sachs" bankiri Leda Sara üçün böyük maliyyə itkiləri ilə nəticələnib.
Gundem.today "Domain.com" portalına istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə o, qonşularına kompensasiya və məhkəmə xərcləri də daxil olmaqla, ümumilikdə təxminən 200 min funt-sterlinq (270 min dollardan çox) ödəməlidir.
Bildirilir ki, Sara 1.6 milyon funt-sterlinqə "Lennox Gardens" ərazisindən mənzil alıb. Lakin aşağı mərtəbədə yaşayan Vaqner ailəsi illərlə davam edən təmir səbəbindən ciddi narahatlıqlarla üzləşib. Qonşular davamlı səs-küy, çatlayan tavanlar və çatlar vasitəsilə evə dolan həddindən artıq tozdan şikayət ediblər.
Təmir işləri hələ 2014-cü ildə başlasa da, lazımi icazələrin olmaması səbəbindən uzanıb və mənzil uzun müddət yarımçıq vəziyyətdə qalıb. Bu müddət ərzində Vaqner ailəsi üç dəfə evini tərk etməyə məcbur olub.
Məhkəmə təmirin əsassız ləngidilməsi və qonşulara narahatlıq yaradılması faktını təsdiqləyib. Nəticədə şikayətçilərə 40 min funt kompensasiya təyin olunub. Bundan əlavə, Sara məhkəmə xərclərinin 80%-ni ödəməli olacaq ki, bu da təxminən 150 min funt-sterlinq təşkil edir. Beləliklə, bankirin ümumi xərcləri 270 min dolları ötüb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTehranda ticarət mərkəzindəki yanğında 11 nəfər ölüb
İranın paytaxtı Tehranın qərb hissəsindəki "Ərğəvan" ticarət mərkəzində baş verən güclü yanğın nəticəsində 11 nəfər ölüb.
DünyaCənubi Koreyada keçmiş birinci xanımın həbs cəzasını artıran hakim ölü tapıldı
Cənubi Koreyanın keçmiş birinci xanımı Kim Qon Hi barəsində korrupsiya işinə apelyasiya çərçivəsində yenidən baxılması prosesinə sədrlik edən hakim Sin Çjon O ölü tapılıb.
Dünya"Brent" markalı neft ucuzlaşır
Qlobal bazarda neftin ucuzlaşması müşahidə olunur.
DünyaABŞ ordusu Sakit okeanda katerə zərbələr endirdi: Ölənlər var - VİDEO
ABŞ ordusu Sakit okeanın şərq hissəsində narkotik qaçaqmalçılığı üçün istifadə olunduğu ehtimal edilən daha bir katerə zərbələr endirib.