Son dəqiqə
Rusiyadan Zelenskinin danışıqlar üçün Bakı təklifinə REAKSİYA - FOTOGöygöldə 62 yaşlı qadın dəm qazından boğulubSahildə ev tikənlərə XƏBƏRDARLIQ: "Xəzərin məkanına girmək olmaz" - VİDEORusiyada qar uçqununa düşən turistlərdən daha ikisinin meyiti tapıldıAzərbaycanlı vokalçı Rusiyada məşhur yarışın qalibi oldu - FOTO - VİDEOSomali piratları neftlə dolu "Honour 25" tankerini ələ keçirdilər
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Malinin ən böyük hərbi bazasında partlayış və atışma olub
Malinin ən böyük hərbi bazasında partlayış və atışma olub
Dünya

Malinin ən böyük hərbi bazasında partlayış və atışma olub

Bu gün
16:12
0 baxış
Paylaş:

Aprelin 25-də səhər saatlarında Malinin paytaxtı Bamako yaxınlığındakı Kati adlı ən iri hərbi bazada partlayış və atışma səsləri qeydə alınıb.

Aprelin 25-də səhər saatlarında Malinin paytaxtı Bamako yaxınlığındakı Kati adlı ən iri hərbi bazada partlayış və atışma səsləri qeydə alınıb.

Gundem.today xəbər verir ki, bu barədə şahidlərin sözlərinə əsaslanaraq "Reuters" agentliyi məlumat paylaşıb.

Məlumata əsasən, hərbi bazaya gedən yollar təhlükəsizlik qüvvələri tərəfindən bloklanıb. Ölkə başçısı Assimi Qoytanın və digər yüksəkvəzifəli şəxslərin iqamətgahlarının mövcud olduğu Katidəki insidentin təfərrüatı hələ aydınlaşmayıb.

RFI radiokanalının yaydığı məlumata görə, silah səsləri ölkənin başqa bölgələrində də eşidilib. Hadisələr xüsusilə radikal qruplaşmaların aktiv olduğu şimaldakı Kidal və Qoa şəhərləri ilə yanaşı, mərkəzdəki Sevare bölgəsində də müşahidə edilib.

Atışmaların səbəbləri və ehtimal olunan itkilərlə bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, Malidə 2020-ci ilin yay aylarından etibarən iki dəfə hərbi çevriliş yaşanıb. 2021-ci ilin mayında ölkənin Konstitusiya Məhkəməsinin qərarına əsasən, polkovnik Qoyta keçid dövrü üçün dövlət başçısı postuna təyin olunub. Parlament səlahiyyətlərini icra edən Mali Milli Keçid Şurası isə Qoytanın ən azı 2030-cu ilədək ölkəyə rəhbərlik etməsini və gələcəkdə yenidən seçilmək hüququnu təsdiqləyib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Mali#Partlayış_hadisəsi#Hərbi_çevriliş

Oxşar Xəbərlər

Rusiyada qar uçqununa düşən turistlərdən daha ikisinin meyiti tapıldıDünya

Rusiyada qar uçqununa düşən turistlərdən daha ikisinin meyiti tapıldı

Rusiyanın Buryatiya Respublikasında dağlıq ərazidə qar uçqununa düşən turistlərdən daha ikisinin meyiti tapılıb.

Bu gün
17:240
Somali piratları neftlə dolu "Honour 25" tankerini ələ keçirdilərDünya

Somali piratları neftlə dolu "Honour 25" tankerini ələ keçirdilər

Somali dəniz quldurları 18 min barel nefti daşıyan "Honour 25" gəmisini qaçırıblar.

Bu gün
17:120
Əli Laricaninin dəhşətli ölümü: "Başı, bədəni yox idi, yalnız bir əli qalmışdı"Dünya

Əli Laricaninin dəhşətli ölümü: "Başı, bədəni yox idi, yalnız bir əli qalmışdı"

"Qardaşımın başı, bədəni yox idi və yalnız bir əli qalmışdı".

Bu gün
16:480
Rusiya ordusu Ukraynada yaşayış məntəqəsini nəzarətə götürdüDünya

Rusiya ordusu Ukraynada yaşayış məntəqəsini nəzarətə götürdü

Rusiya ordusu Ukraynada yaşayış məntəqəsini nəzarətə götürüb.

Bu gün
16:360