Son dəqiqə
Sakinlərin NƏZƏRİNƏ: Bakının üç rayonunun bəzi ərazilərində qaz olmayacaqDisk atma üzrə tarixin ilk dünya çempionu vəfat etdi"Telegram"ın rəhbəri Avropa İttifaqının internet üzərindəki senzura siyasətini sərt tənqid etdiHikmət Hacıyev "Euronews"un Bakıda keçiriləcək WUF13 ilə bağlı materialına diqqət çəkdi - VİDEOMetronun qarşısında qadını skuter vurdu - VİDEOHörmüz boğazında gərginlik: Tramp Aİ-yə ultimatum verib
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İqtisadiyyat
  3. Manatın dövretmə sürəti niyə zəifdir?
Manatın dövretmə sürəti niyə zəifdir?
İqtisadiyyat

Manatın dövretmə sürəti niyə zəifdir?

Bu gün
17:40
0 baxış
Paylaş:

Pərviz Heydərov yazır...

Pərviz Heydərov yazır...

Tibbi nöqteyi-nəzərdən yanaşsaq, insanın özünü sağlam və gümrah hiss etməsi üçün ilkin şərtlərdən biri ürək-qan damar sistemində problemin mövcud olmamasındadır. Başqa sözlə, qan damarlarda elə rahat və sürətli şəkildə hərəkət etməlidir ki, bədən aktiv şəkildə fəaliyyət göstərə bilsin.

İqtisadiyyatda da belədir. Məsələn, pulun dövretmə sürəti deyilən bir anlayış var. Məğzi ondan ibarətdir ki, hər hansı pul vahidi (məsələn, bir manat) müəyyən bir zaman kəsiyində (adətən bir il ərzində) orta hesabla neçə dəfə əl dəyişdirir və mal/xidmət alışına sərf olunur. Yəni, bunun konkret ölçü vahidinə pulun dövretmə sürəti deyilir. Sürətin artıq olması iqtisadi fəallıqdan, az olması isə istehlak zəifliyindən və iqtisadi ritmin enməsindən xəbər verir.

Yeri gəlmişkən, yazılarımda iqtisadi artım üçün həmişə maliyyələşdirmə ehtiyac olduğunu qeyd etmişəm. Bu isə pul bazasına bağlı məsələdir. İqtisadiyyatda dövriyyədə olan nağd pullar ilə kommersiya banklarının Mərkəzi Bankdakı (AMB) ehtiyatlarının cəmindən ibarət məfhuma isə pul bazası deyilir. Məsələ bundadır ki, bu, mühüm tənzimləyici əhəmiyyətə malik göstərici olmaqla həm inflyasiyaya, həm də işgüzar aktivliyə təsiredici xüsusiyyətə malikdir.

Hər bir hökumət üçün həlli çətin sayılan ən vacib məsələlərdən biri də məhz bundan ibarətdir. Yəni, bu sahədə balans qorunub saxlansın. Sözügedən məsələni bir az da sadə izah edərək qeyd edim ki, məsələn əgər, pulun dövretmə sürəti azdırsa, o zaman pul bazasının genişliyi heç də müsbət və effektiv təsir bağışlamır. Bu şərait əksinə, inflyasiya yaradır. Halbuki, pul bazasının da geniş olması işgüzar aktivlik üçün əlavə şərt sayılır.

Bəs, bizdə vəziyyət necədir?

Ölkəmizdə pulun dövretmə sürəti real olaraq olduqca qeyri-qənaətbəxş səviyyədədir. Manatın bu il martın 1-nə olan dövretmə sürəti 2.83 təşkil edib ki, bir manat il ərzində cəmi 2.8 dəfə iqtisadi əməliyyatlara cəlb olunub. Dinamik baxımdan, bu rəqəm həm aylıq (0.01 bənd), həm də illik (0.4 bənd) müqayisədə azalmış sayılır.

Ümumiyyətlə, son illər ərzində Azərbaycanda manatın dövretmə sürəti daha çox azalmağa doğru inkişaf edir ki, bu, heç də yaxşı hal sayılmır.

Müqayisə üçün qeyd edim ki, məsələn, 2005-ci ildə sözügedən rəqəm 6.26-ə qədər yüksək təşkil edirdi ki, 2022-ci ildə də 5-dən yuxarı idi. Hazırda isə yuxarıda göstərdiyim kimi, üçdən də aşağı səviyyədədir.

Ancaq pul bazasının həcmisə müsbət dinamika nümayiş etdirib. Təkcə mart ayı ərzində pul bazası təxminən 4%-dən çox artıb. Pulun dövretmə sürəti aşağı düşdüyü bir fonda bazanın artması əhalinin yığıma üstünlük verdiyi kimi amillərlə də izah oluna bilər. Lakin əksinə, son illərin tendensiyası buna şərait və imkan olmadığını diktə edir.

Pul kütləsi həcminin artım sürətinin iqtisadi əməliyyatların sayını bu cür üstələməsi isə inflyasiya üçün əlavə münbit şərait yaradır. Odur ki, pulun dövretmə sürəti artmalıdır və yaxud artırılmalıdır. Bu isə ölkədə işgüzar aktivliyi yüksəltmək üçün təcili olaraq bir sıra tədbirləri həyata keçirməyi zəruri edir.

Çünki manatın dövriyyə sürətini elə ölkədəki mövcud zəif işgüzar aktivlik öldürür.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İqtisadiyyat#Pərviz_Heydərov#Azərbaycan#Azərbaycan_Respublikası#Azərbaycan_manatı

Oxşar Xəbərlər

SOCAR "Itochu" Korporasiyası ilə əlaqələrin genişləndirilməsini müzakirə edib - FOTOİqtisadiyyat

SOCAR "Itochu" Korporasiyası ilə əlaqələrin genişləndirilməsini müzakirə edib - FOTO

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Yaponiyanın "Itochu" Korporasiyası arasında əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlər müzakirə olunub.

Bu gün
17:101
Xarici valyutanın satışı alışını üstələdi: "Artıq dolları manata çevirirlər" - VİDEOİqtisadiyyat

Xarici valyutanın satışı alışını üstələdi: "Artıq dolları manata çevirirlər" - VİDEO

2026-cı ilin yanvar-fevral aylarında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 51 milyon ABŞ dolları üstələyib. Başqa sözlə, əhali xarici valyutanı almaqdansa, satmağa üstünlük verib.

Bu gün
13:240
Azərbaycanda enerji sektorunda yeni tənzimləmələr və qaydalar hazırlanırİqtisadiyyat

Azərbaycanda enerji sektorunda yeni tənzimləmələr və qaydalar hazırlanır

Azərbaycanda enerji sektorunda tənzimləmələrin təkmilləşdirilməsi və xidmətlərin daha effektiv təşkili məqsədilə bir sıra normativ hüquqi dəyişikliklərin hazırlanması nəzərdə tutulur.

Bu gün
12:120
Gömrükdə malların buraxılışı məsələsi ilə bağlı YENİLİKİqtisadiyyat

Gömrükdə malların buraxılışı məsələsi ilə bağlı YENİLİK

Azərbaycanda gömrük sahəsində biznes proseslərinin çevikliyinin artırılması və ticarət əməliyyatlarının sadələşdirilməsi məqsədilə yeni normativ hüquqi sənədlərin işlənib hazırlanması planlaşdırılır.

Bu gün
09:520