
Azərbaycanda enerji sektorunda yeni tənzimləmələr və qaydalar hazırlanır
Azərbaycanda enerji sektorunda tənzimləmələrin təkmilləşdirilməsi və xidmətlərin daha effektiv təşkili məqsədilə bir sıra normativ hüquqi dəyişikliklərin hazırlanması nəzərdə tutulur.
Azərbaycanda enerji sektorunda tənzimləmələrin təkmilləşdirilməsi və xidmətlərin daha effektiv təşkili məqsədilə bir sıra normativ hüquqi dəyişikliklərin hazırlanması nəzərdə tutulur.
Gundem.today "Report"a istinadən xəbər verir ki, tikinti obyektlərinin yüksəkgərginlikli elektrik şəbəkəsinə qoşulma haqqının müəyyən edilməsi ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti qurumlara təqdim olunacaq.
Bu istiqamətdə işləri "Azərişıq" ASC, Energetika Nazirliyi (Enerji Məsələlərini Tənzimləmə Agentliyi) və "Azərenerji" ASC həyata keçirəcək.
Bundan başqa, beynəlxalq təcrübə nəzərə alınmaqla elektrik doldurma məntəqələrində yanğın təhlükəsizliyi tələblərinin təkmilləşdirilməsi və bu sahədə normativ hüquqi bazanın gücləndirilməsi istiqamətində də təkliflərin hazırlanması planlaşdırılır. Bu prosesdə Energetika Nazirliyi ilə yanaşı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi və "Azərişıq" iştirak edəcək.
Eyni zamanda, qeyri-məişət kateqoriyası üzrə elektrik şəbəkəsinə qoşulmaq istəyənlər üçün yalnız elektron müraciət mexanizminin tətbiqi ilə bağlı normativ hüquqi bazanın gücləndirilməsi nəzərdə tutulur. Bu tədbiri Energetika Nazirliyi və "Azərişığ"ın icra etməsi planlaşdırılır.
Qeyd olunan tədbirlərin müxtəlif mərhələlər üzrə bu ilin iyun, noyabr və dekabr aylarına qədər həyata keçirilməsi nəzərdə tutulur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyatXarici valyutanın satışı alışını üstələdi: "Artıq dolları manata çevirirlər" - VİDEO
2026-cı ilin yanvar-fevral aylarında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 51 milyon ABŞ dolları üstələyib. Başqa sözlə, əhali xarici valyutanı almaqdansa, satmağa üstünlük verib.
İqtisadiyyatGömrükdə malların buraxılışı məsələsi ilə bağlı YENİLİK
Azərbaycanda gömrük sahəsində biznes proseslərinin çevikliyinin artırılması və ticarət əməliyyatlarının sadələşdirilməsi məqsədilə yeni normativ hüquqi sənədlərin işlənib hazırlanması planlaşdırılır.
İqtisadiyyatAzərbaycan nefti 20 dollardan çox UCUZLAŞDI
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb.
İqtisadiyyatDünya Bankı Azərbaycanda iqtisadi artım proqnozunu yüksəldib
Dünya Bankı 2026-cı ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) 2%, 2027-ci ildə isə 1.8% artacağını proqnozlaşdırır.