Son dəqiqə
Səxavət Məmmədzadəyə yüksək VƏZİFƏ VERİLDİArvadını naqillə boğub öldürməkdə təqsirləndirilən şəxsə AĞIR CƏZAPA-nın şöbə müdiri: "İşğal dövründə aparılan tikinti işləri qeyri-qanunidir"İcra başçısının oğlu yüksək vəzifəyə gətirildi - Oqtay Əsədovu əvəz edəcəkƏməkdar artist müəllimlərin qəsdən imtahandan kəsildiyinə dair iddialara cavab verdi - FOTO30 müntəzəm marşrutun hərəkət sxemi DƏYİŞDİRİLƏCƏK
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İdman
  3. Maradonanın ölüm işində YENİ DETALLAR: Həkimlər onun ailəsinə yalan danışıblar?
Maradonanın ölüm işində YENİ DETALLAR: Həkimlər onun ailəsinə yalan danışıblar?
İdman

Maradonanın ölüm işində YENİ DETALLAR: Həkimlər onun ailəsinə yalan danışıblar?

Bu gün
12:00
0 baxış
Paylaş:

Argentinalı futbol əfsanəsi Dieqo Maradonanın həkimləri onun ailəsinə evdə müalicə üçün hər cür şəraitin yaradılacağına söz versələr də, futbolçunun otağı lazımi səviyyədə təchiz edilməyib.

Argentinalı futbol əfsanəsi Dieqo Maradonanın həkimləri onun ailəsinə evdə müalicə üçün hər cür şəraitin yaradılacağına söz versələr də, futbolçunun otağı lazımi səviyyədə təchiz edilməyib.

Gundem.today "İnfobae" portalına istinadən xəbər verir ki, bu barədə Maradonanın arvadı (kiçik oğlunun anası) Veronika Oxeda futbolçunun ölümü ilə bağlı iş üzrə keçirilən dinləmələrdə şahid qismində çıxış edərkən bildirib.

"Bizi əmin etdilər ki, ev şəraitində hər cür ləvazimat olacaq. Hakimlərə təqdim etdiyim səs yazısında da bu fakt öz əksini tapıb. Vəd verilsə də, reallıqda heç nə, hətta adi təzyiq ölçən aparat belə yox idi", - deyə Veronika Oxeda məhkəmə ifadəsində qeyd edib.

Oxeda, həmçinin əlavə edib ki, Maradona ölümündən bir həftə əvvəl çox pis və şişkin görünüb, eyni zamanda aqressiv davranışlar nümayiş etdirib.

İş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən futbolçunun psixoloqu Karlos Dias isə ifadəsində Maradonanın qeyri-sabit olduğunu vurğulayıb. Mütəxəssis hətta futbolçuda bipolyar pozuntu olduğunu da iddia edib.

Bununla belə, ölümündən cəmi bir ay əvvəl Maradonanın alkoqol asılılığını müalicə etmək üçün işə götürülən Dias futbolçunun həqiqətən də içkini tərgitmək istədiyini diqqətə çatdırıb:

"Noyabrın 12-də psixiatr Aqustina Kosaçevlə birlikdə ona baş çəkdik. Maradona yaxşı görünürdü. Onun şüuru tam aydın idi, ünsiyyətə açıq idi və sağalmaq üçün böyük istək nümayiş etdirirdi".

Xatırladaq ki, 2022-ci ilin iyununda Argentinanın Baş Prokurorluğu səkkiz tibb işçisinə ağırlaşdırıcı hallarda ehtiyatsızlıqdan adamöldürmə maddəsi ilə ittiham irəli sürüb. Onları 8 ildən 25 ilə qədər həbs cəzası gözləyir.

Prokurorluğun araşdırması, başındakı əməliyyatdan sonra 11 noyabr 2020-ci il tarixindən etibarən evdə müalicə alan argentinalı futbolçunun ətrafında baş verən hadisələrə mərkəzləşib. Dünya çempionu 25 noyabr 2020-ci ildə 60 yaşında vəfat edib. Ölümə səbəb kimi ağciyərlərin ödeminə gətirib çıxaran kəskin ürək çatışmazlığı göstərilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İdman#Dieqo_Maradona#Veronika_Oxeda#məhkəmə_işi#həkim_səhlənkarlığı#evdə_müalicə#Karlos_Dias#ehtiyatsızlıqdan_adamöldürmə#Argentina_Baş_Prokurorluğu#futbol_xəbərləri.

Oxşar Xəbərlər

İcra başçısının oğlu yüksək vəzifəyə gətirildi - Oqtay Əsədovu əvəz edəcəkİdman

İcra başçısının oğlu yüksək vəzifəyə gətirildi - Oqtay Əsədovu əvəz edəcək

Ənvər Ənvərli Azərbaycan Tennis Federasiyası İctimai Birliyinin ümumi yığıncağında qurumun prezidenti seçilib.

Bu gün
18:120
"Qarabağ"ın ulduz futbolçusu üçün mövsüm başa çatdı - Əməliyyat olunacaqİdman

"Qarabağ"ın ulduz futbolçusu üçün mövsüm başa çatdı - Əməliyyat olunacaq

Misli Premyer Liqasının XXI turunun təxirə salınmış "Neftçi" - "Qarabağ" oyununda zədələnən Joni Montielin vəziyyəti açıqlanıb.

Bu gün
15:400
"İmişli" klubu gənc yarımmüdafiəçisi ilə müqaviləni yenilədiİdman

"İmişli" klubu gənc yarımmüdafiəçisi ilə müqaviləni yenilədi

"İmişli" futbol klubu istedadlı oyunçusu İdris İnqilablı ilə müqavilənin müddətini uzadıb.

Bu gün
14:280
Təxirə salınmış derbinin nəticəsi: AFFA "Qarabağ"ı və "Neftçi"ni cərimələdiİdman

Təxirə salınmış derbinin nəticəsi: AFFA "Qarabağ"ı və "Neftçi"ni cərimələdi

Misli Premyer Liqasının 21-ci turundan təxirə salınan "Neftçi - Qarabağ" qarşılaşması ilə bağlı hər iki kluba cəzalar verilib.

Bu gün
14:240