
Masallıda 2 100 abonentin qazı kəsiləcək
Aprelin 23-də saat 10:00-da Masallı rayonunun Mahmudavar, Mololon, Şatıroba kəndlərinin və Türkoba kəndinin bir hissəsində ümumilikdə 2 100-ə yaxın abonentin qaz təchizatı dayandırılacaq.
Aprelin 23-də saat 10:00-da Masallı rayonunun Mahmudavar, Mololon, Şatıroba kəndlərinin və Türkoba kəndinin bir hissəsində ümumilikdə 2 100-ə yaxın abonentin qaz təchizatı dayandırılacaq.
Gundem.today xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, qaz təchizatının dayandırılması Masallı rayonu Türkoba kəndində yeni inşa olunmuş ortatəzyiqli daşıyıcı qaz xəttinin mənbəyə qoşulması ilə əlaqədardır.
Qeyd edilib ki, işlər yekunlaşdıqdan sonra qaz təchizatı bərpa ediləcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətÜrəyi dayanan 62 yaşlı kişini xilas edən həkimlər danışdılar
Ötən gün ictimai nəqliyyatda halı pisləşən xəstəni Mərkəzi Neftçilər Xəstəxanasının həkimləri həyata qaytarmışdılar.
CəmiyyətƏhalinin NƏZƏRİNƏ: Bakı metropolitenində qatarların sabahkı hərəkət qrafikinə DƏYİŞİKLİKLƏR EDİLDİ
Aprelin 22-də günün əsas sərnişin axını saatlarında "28 May-Əhmədli" sahəsində qatarlararası interval 2,5 dəqiqə təşkil edəcək. "Bakmil" istiqamətində isə şənbə günü qrafikindən istifadə olunacaq.
CəmiyyətÖlkə ikincisi Aylin uğurun sirrini açıqladı
Dövlət İmtahan Mərkəzi martın 9-da ölkə üzrə keçirilimiş buraxılış imtahanlarının nəticələrini açıqlayıb. Buraxılış imtahanında ölkə üzrə üç nəfər mümkün olan ən yüksək nəticəni göstərib. Region şagirdləri arasında da yüksək nəticə göstərənlər var.
CəmiyyətABŞ-İsrail-İran gərginliyi turizm bazarını silkələdi: Azərbaycana necə təsir edib? - VİDEO
ABŞ-İsrail-İran münaqişəsi turizm sektoruna da təsirsiz ötüşməyib. Ekspertlər bildirirlər ki, belə müharibələr insanların səyahət seçimlərinə birbaşa təsir edir.