
Masazırda avtomobillər YANDI - VİDEO
Abşeron rayonunun Masazır kəndində avtomobildə yanğın baş verib.
Abşeron rayonunun Masazır kəndində avtomobildə yanğın baş verib.
Gundem.today xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə Masazırın Ə.Vahid küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində "Hyundai" markalı minik avtomobilinin salon və mühərrik hissəsi, yaxınlıqda dayanmış "BMW" markalı minik avtomobilinin isə arxa hissəsi qismən yanıb.
Avtomobillərin qalan hissəsi və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəMinik avtomobili "KamAZ"a çırpıldı, sürücü hadisə yerində öldü
Qazax rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
HadisəMingəçevir su anbarında itkin düşən 5 nəfər tapıldı
Mingəçevir su anbarı ərazisində 3 gündür itkin düşən 5 nəfərin yeri müəyyən edilib.
HadisəKəlbəcərdə yük avtomobili dərəyə aşdı: Ölənlər var - ADLAR
Kəlbəcər rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
HadisəLənkəranda avtomobillər toqquşub, beş nəfər xəsarət alıb
Lənkəran-Lerik magistralının Lənkəranın Şağlaküçə kəndi ərazisindən keçən hissəsində avtomobillər toqquşub.