Mingəçevir su anbarında itkin düşən 5 nəfər tapıldı
Hadisə

Mingəçevir su anbarında itkin düşən 5 nəfər tapıldı

İndi
22:12
1 baxış
Paylaş:

Mingəçevir su anbarı ərazisində 3 gündür itkin düşən 5 nəfərin yeri müəyyən edilib.

Mingəçevir su anbarı ərazisində 3 gündür itkin düşən 5 nəfərin yeri müəyyən edilib.

Gundem.today "Qafqazinfo"ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Aran Dalğıc Axtarış qrupunun apardığı axtarış-xilasetmə tədbirləri nəticəsində tapılan şəxslər Ağdaş rayon sakinləridir.

Balıq tutmaq məqsədilə su anbarına gedən 5 nəfər əlverişsiz şərait səbəbindən köməksiz vəziyyətdə qalıb.

Axtarışlar nəticəsində onların yeri su anbarının Goranboy rayonu ərazisindən keçən hissəsində müəyyən olunub.

Bir neçə gündür itkin düşən şəxslərin hamısı sağdır.

Hazırda xilasedicilər onların təhlükəsiz əraziyə təxliyə olunması istiqamətində tədbirlər görür.

Faktla bağlı araşdırma aparılır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Hadisə#İtkin_düşmüş_şəxslər#Mingəçevir_su_anbarı

Oxşar Xəbərlər