
Masazırda YOL PROBLEMİ: "Maşınlar sıradan çıxır" - VİDEO
Masazır qəsəbəsinin sakinləri yaşadıqları ərazidə yolların bərbad vəziyyətdə olmasından şikayətçidirlər.
Masazır qəsəbəsinin sakinləri yaşadıqları ərazidə yolların bərbad vəziyyətdə olmasından şikayətçidirlər.
Problemlə bağlı Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaşlar bildiriblər ki, ikitərəfli yolun hər iki istiqaməti yararsız haldadır.
Mövcud vəziyyət həm sakinlərin, həm də sürücülərin hərəkətində ciddi çətinliklər yaradır. Yolların kələ-kötür olması avtomobillərin texniki vəziyyətinə də mənfi təsir göstərir.
"Yolların bərbad halda olmasına görə maşınlar sıradan çıxır, "peredok" dağılır", - sürücülərdən biri söyləyib.
Digər bir sürücü isə qeyd edib ki, yağışlı günlərdə əraziyə daxil olmaq qeyri-mümkündür: "Yaxşı ki, bura quru havada gəlmisiniz. Yağış yağanda burada hərəkət etmək mümkün deyil. Yollara baxan da yoxdur".
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ərazidə hazırda "Qurtuluş 93" MTK tərəfindən kommunikasiya xətlərinin dəyişdirilməsi prosesi həyata keçirilir.
İcra Hakimiyyətindən verilən məlumata görə, MTK-nın götürdüyü öhdəliyə əsasən, qeyd olunan işlər yekunlaşandan sonra yol əsaslı şəkildə təmir ediləcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətNurlana Orucova şöbə müdiri təyin edildi
"Azəriqaz" İstehsalat Birliyində yeni kadr təyinatı olub.
CəmiyyətBakı-Quba yolunda bir maşın qarğıdalı YOLA TÖKÜLÜB - VİDEO
Bakı-Quba avtomobil yolunda maşından dağılan qarğıdalı dənələri sürücülərin diqqətini çəkib.
CəmiyyətQubanın kəndində qaz PROBLEMİ: "Bəzi ailələr odun da tapa bilmirlər" - VİDEO
Quba rayonunun ucqar yaşayış məntəqələrindən biri olan Məckəxacə kəndinin sakinləri uzun illərdir mavi yanacaq üzünə həsrətdirlər.
CəmiyyətGörmədilər, yoxsa görmək istəmədilər?
Kubra Məhərrəmova yazır...