Son dəqiqə
Yeni Suraxanı qəsəbəsində yollar bərbad durumdadır: Sakinlərdən ŞİKAYƏT - VİDEOBakı-Qazax yolunda maşında Türkiyə vətəndaşının meyiti tapılıbNeft kəskin bahalaşmadan sonra yenidən UCUZLAŞDIRöya Ayxanın stilistini öldürən şəxs qərardan narazıdır - FOTOBakıda sinif yoldaşı tərəfindən yandırılan şagirdin vəziyyəti AÇIQLANDIYaponiyada güclü zəlzələ: Yaralananlar var
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti beynəlxalq mükafata layiq görülüb
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti beynəlxalq mükafata layiq görülüb
Cəmiyyət

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti beynəlxalq mükafata layiq görülüb

Bu gün
21:52
0 baxış
Paylaş:

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti beynəlxalq səviyyədə mühüm uğura imza atıb.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti beynəlxalq səviyyədə mühüm uğura imza atıb.

Nazirlikdən Gundem.today-a verilən məlumata görə, Dövlət Xidməti "International Business Magazine" beynəlxalq media qurumunun 2026-cı il üzrə təşkil etdiyi müsabiqədə "Mədəni irs üzrə ən yaxşı data innovasiyası" ("Best Cultural Heritage Data Innovation Azerbaijan") nominasiyasında qalib elan olunub.

"Mükafatın Mədəniyyət Nazirliyinin yaradılmasının növbəti ildönümündə (20 aprel 2018-ci il) əldə olunması bu uğura xüsusi rəmzi məna qazandırır və əlamətdar tarixə mühüm töhfədir. Adıçəkilən mükafat mədəni irsin qorunması və idarə olunması sahəsində innovativ yanaşmalara, xüsusilə müasir texnologiyaların tətbiqi və məlumat bazalarının effektiv idarə edilməsinə görə təqdim olunur.

Dövlət Xidməti tərəfindən həyata keçirilən layihələrdə mədəni irs obyektlərinin rəqəmsallaşdırılması, məlumatların sistemli şəkildə toplanması və idarə olunması beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilib. Eyni zamanda Azərbaycanın zəngin mədəni irsinin qorunması, bərpası və təbliği istiqamətində görülən işlər, bu sahədə tətbiq edilən innovativ data həlləri də xüsusi qeyd olunub.

Bu nailiyyət həm ölkəmizin mədəni irs sahəsindəki beynəlxalq nüfuzunun möhkəmlənməsinə, həm də rəqəmsallaşma istiqamətində həyata keçirilən fəaliyyətin qlobal səviyyədə tanınmasına verilən qiymətdir", - məlumatda bildirilib.

Xatırladaq ki, "International Business Magazine" tərəfindən təşkil olunan müsabiqələrdə müxtəlif ölkələrdən dövlət qurumları, tədqiqat institutları və beynəlxalq təşkilatlar iştirak edir və fərqlənən qurumlar mükafatlandırılır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Azərbaycan_Respublikası_Mədəniyyət_Nazirliyi#Mədəni_İrsin_Qorunması#İnkişafı_və_Bərpası_üzrə_Dövlət_Xidməti

Oxşar Xəbərlər

Yeni Suraxanı qəsəbəsində yollar bərbad durumdadır: Sakinlərdən ŞİKAYƏT - VİDEOCəmiyyət

Yeni Suraxanı qəsəbəsində yollar bərbad durumdadır: Sakinlərdən ŞİKAYƏT - VİDEO

Bakı şəhərinin Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində yol infrastrukturunun acınacaqlı vəziyyəti sakinlərin narazılığına səbəb olub.

Bu gün
11:280
Bakıda sinif yoldaşı tərəfindən yandırılan şagirdin vəziyyəti AÇIQLANDICəmiyyət

Bakıda sinif yoldaşı tərəfindən yandırılan şagirdin vəziyyəti AÇIQLANDI

Aprelin 20-də 286 nömrəli tam orta ümumtəhsil məktəbində sinif yoldaşı tərəfindən yandırılan şagirdin vəziyyəti açıqlanıb.

Bu gün
11:120
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə ENDİRİMLİ REYSLƏR təyin ediləcəkCəmiyyət

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə ENDİRİMLİ REYSLƏR təyin ediləcək

Sərnişin tələbatını təmin etmək məqsədilə 25 və 26 aprel tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin ediləcək.

Bu gün
10:520
Qobustanda bir ailənin dörd üzvü ZƏHƏRLƏNDİCəmiyyət

Qobustanda bir ailənin dörd üzvü ZƏHƏRLƏNDİ

Qobustan rayonunda bir ailənin dörd üzvü zəhərlənib.

Bu gün
10:440