Son dəqiqə
MTK və sakinlər arasında qarşıdurma: "Binada nə qaz, nə su, nə də işıq var"ABŞ hərbi heyətini daşıyan təyyarə İsraildən havalandı: Bölgədə böyük razılaşma hazırlanır?"Neftçi"nin sabiq ulduzu Keysuke Hondanın yeni ünvanı məlum olduİnqa Ruqiniene Heydər Əliyev Mərkəzində olub - FOTONaxçıvanda ombudsman haqqında qanun ləğv edildi - SƏBƏB AÇIQLANDIHərbi polisin yaradılmasının 34-cü ildönümü qeyd edilib - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. MEDİA: "Azərbaycan ərazisindən raket buraxılması iddiaları əsassızdır" - FOTO
MEDİA: "Azərbaycan ərazisindən raket buraxılması iddiaları əsassızdır" - FOTO
Siyasət

MEDİA: "Azərbaycan ərazisindən raket buraxılması iddiaları əsassızdır" - FOTO

Bu gün
15:51
0 baxış
Paylaş:

"Son günlər bəzi sosial media platformalarında Azərbaycan ərazisindən Körfəz ölkələri istiqamətində guya raketlərin buraxılması ilə bağlı tamamilə əsassız və həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır".

"Son günlər bəzi sosial media platformalarında Azərbaycan ərazisindən Körfəz ölkələri istiqamətində guya raketlərin buraxılması ilə bağlı tamamilə əsassız və həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır".

Gundem.today xəbər verir ki, bu, Medianın İnkişafı Agentliyinin (MEDİA) yaydığı açıqlamada öz əksini tapıb.

"Regionda mövcud olan gərginlik fonunda sosial şəbəkələrdə mənbəyi təsdiqlənməmiş, qeyri-dəqiq informasiyaların yayılması ictimai rəydə yanlış təsəvvürlərin formalaşdırılmasına xidmət edir və məqsədli dezinformasiya xarakteri daşıyır. Bu kimi cəhdləri qətiyyətlə pisləyirik.

Bu növ iddialar ya qəsdən təxribat xarakteri daşıyır, ya da tamamilə məsuliyyətsiz və əsassız yanaşmanın nəticəsidir. Müasir texnoloji imkanlar şəraitində raket və ya digər uçuş vasitələrinin hansı istiqamətdən buraxıldığını müəyyən etmək çətin deyil.

Region və Körfəz ölkələri müasir radar və müşahidə sistemlərinə malikdir və bu sistemlər vasitəsilə obyektlərin mənşəyi və trayektoriyası aydın şəkildə müəyyən olunur.

Bildiririk ki, Azərbaycan Respublikası beynəlxalq hüququn prinsiplərinə, dövlətlərin suverenliyinə və regional sabitliyin qorunmasına daim sadiqdir. Bütün tərəfləri yalnız yoxlanılmış və etibarlı mənbələrə istinad etməyə, təsdiqlənməmiş məlumatların yayılmasından çəkinməyə çağırırıq.

Media subyektlərini və sosial şəbəkə istifadəçilərini informasiya yayımı zamanı yüksək peşəkarlıq və məsuliyyət nümayiş etdirməyə, yalnız rəsmi və etibarlı mənbələri əsas götürməyə, şübhəli və manipulyativ xarakterli məlumatların yayılmasına yol verməməyə səsləyirik", - deyə açıqlamada bildirilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Azərbaycan#raket_atılması_iddiaları#Medianın_İnkişafı_Agentliyi#MEDİA#dezinformasiya#Körfəz_ölkələri#rəsmi_təkzib#sosial_şəbəkələr#təxribat#rəsmi_açıqlama.

Oxşar Xəbərlər

İnqa Ruqiniene Heydər Əliyev Mərkəzində olub - FOTOSiyasət

İnqa Ruqiniene Heydər Əliyev Mərkəzində olub - FOTO

Litva Respublikasının Baş naziri İnqa Ruqiniene aprelin 10-da Heydər Əliyev Mərkəzində olub.

Bu gün
17:510
Naxçıvanda ombudsman haqqında qanun ləğv edildi - SƏBƏB AÇIQLANDISiyasət

Naxçıvanda ombudsman haqqında qanun ləğv edildi - SƏBƏB AÇIQLANDI

Naxçıvanda Ombudsman haqqında qanun ləğv edilib.

Bu gün
17:520
Elşən Heydərli vəzifəsindən azad edildi - FOTOSiyasət

Elşən Heydərli vəzifəsindən azad edildi - FOTO

Naxçıvan Mərkəzi Seçki Komissiyasının tərkibində dəyişiklik olunub.

Bu gün
17:420
Naxçıvan hökumətinin 2025-ci il üzrə illik hesabatı qəbul edilibSiyasət

Naxçıvan hökumətinin 2025-ci il üzrə illik hesabatı qəbul edilib

Bu gün Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Ali Məclisin yaz sessiyasının növbəti iclası keçirilib.

Bu gün
17:360