Son dəqiqə
"Bitcoin"in qiyməti son dörd həftənin ən yüksək səviyyəsinə çatdıİsmayıllıda taksi sürücüsünə qarşı quldurluq - Şübhəlilər Bakıda tutuldular"Unibank" birinci rübün maliyyə nəticələrini açıqladı - FOTOBakıda binada PARTLAYIŞ: Kondisioner ustası 15-ci mərtəbədən yıxılıb ÖLDÜABŞ-də nəhəng aviaşirkət yaranır? - Yanacağın bahalaşması rəqibləri birləşdirə bilərXalq artisti Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olunub - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Məhkəmələrdə ipoteka mübahisələri ilə bağlı VACİB ŞƏRTLƏR AÇIQLANDI
Məhkəmələrdə ipoteka mübahisələri ilə bağlı VACİB ŞƏRTLƏR AÇIQLANDI
Cəmiyyət

Məhkəmələrdə ipoteka mübahisələri ilə bağlı VACİB ŞƏRTLƏR AÇIQLANDI

Bu gün
10:00
0 baxış
Paylaş:

İpoteka mübahisələri üzrə məhkəmə işlərində diqqət yetirilməli əsas məqamlar açıqlanıb.

İpoteka mübahisələri üzrə məhkəmə işlərində diqqət yetirilməli əsas məqamlar açıqlanıb.

Gundem.today-ın məlumatına görə, bu barədə Naxçıvan Ali Məhkəməsinin Kommersiya kollegiyasının sədri Səxavət Bəylərli məlumat verib.

Onun sözlərinə görə, ipoteka ilə bağlı mübahisələrdə ən vacib şərtlərdən biri ipoteka saxlayanın (iddiaçının) ipoteka qoyana əmlaka tutmanın yönəldilməsi barədə bildiriş təqdim etdiyini sübut etməsidir. Bu sübut məhkəməyə təqdim olunmalıdır.

Səxavət Bəylərli bildirib ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarında bir sıra mühüm məlumatlar öz əksini tapmalıdır.

Bunlara, ilk növbədə, ipoteka predmetinin mühafizəsi və satışı ilə bağlı xərclər istisna olmaqla, həmin əmlakın dəyərindən ipoteka saxlayana ödəniləcək məbləğ daxildir. Bundan əlavə, qərarda ipoteka predmetinin ətraflı təsviri verilməlidir. Yəni vətəndaşa məxsus mənzilin yerləşdiyi ünvan, sahəsi və digər vacib göstəricilər qeyd olunmalıdır.

Eyni zamanda, ipoteka predmetinin bazar dəyəri də müəyyənləşdirilməlidir. Bu dəyər tərəflərin razılaşması əsasında və ya məhkəmə tərəfindən cəlb edilən qiymətləndirici təşkilat vasitəsilə təyin olunur.

Qeyd edilib ki, zərurət yarandığı hallarda ipoteka predmetinin satışınadək onun mühafizəsinin təmin olunması ilə bağlı tədbirlər də məhkəmə qərarında göstərilməlidir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#ipoteka_mübahisələri#məhkəmə_işləri#Naxçıvan_Ali_Məhkəməsi#ipoteka_predmeti#əmlakın_qiymətləndirilməsi#ipoteka_qərarı#hüquqi_prosedur#əmlak_satışı#tutmanın_yönəldilməsi

Oxşar Xəbərlər

Xalq artisti Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olunub - FOTOCəmiyyət

Xalq artisti Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olunub - FOTO

Görkəmli baletmeyster Xalq artisti Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olunub.

Bu gün
15:040
"AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi" mövzusunda beynəlxalq konfransın açılışı olub - FOTOCəmiyyət

"AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi" mövzusunda beynəlxalq konfransın açılışı olub - FOTO

Aprelin 14-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) "AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi" mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirilib.

Bu gün
14:580
Yazın ortasında qış mənzərəsi – Kəlbəcərdən FOTOREPORTAJCəmiyyət

Yazın ortasında qış mənzərəsi – Kəlbəcərdən FOTOREPORTAJ

Aprel ayı olmasına baxmayaraq, Kəlbəcərdə qışın nəfəsi hələ də hiss edilir.

Bu gün
14:240
Yazın ortasında qış mənzərəsi – Kəlbəcərdən VİDEO - FOTOREPORTAJCəmiyyət

Yazın ortasında qış mənzərəsi – Kəlbəcərdən VİDEO - FOTOREPORTAJ

Aprel ayı olmasına baxmayaraq, Kəlbəcərdə qışın nəfəsi hələ də hiss edilir.

Bu gün
14:240