Son dəqiqə
Ukrayna Rusiya ilə mayın 9-dan elan edilmiş atəşkəsdən imtina edir? - Dövlət rəsmisindən paylaşımMaraqlı konsepsiya: Qədim keçəçilik ənənəsinin yeni hekayəsiMilli Məclis Qubanın kəndlərinin adlarının dəyişdirilməsini müzakirə edəcəkBakının ən böyük sənaye parkının ərazisi genişləndirilirMingəçevirdə WUF13 Festivalı çərçivəsində məlumatlandırma sessiyası keçirilib - FOTOVüsal Aslanov iki yeni rəis təyin etdi - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İqtisadiyyat
  3. Mərkəzi Bank AÇIQLADI: Nəqliyyatda kartlardan vəsait niyə sonradan tutulur? - FOTO
Mərkəzi Bank AÇIQLADI: Nəqliyyatda kartlardan vəsait niyə sonradan tutulur? - FOTO
İqtisadiyyat

Mərkəzi Bank AÇIQLADI: Nəqliyyatda kartlardan vəsait niyə sonradan tutulur? - FOTO

Bu gün
13:16
0 baxış
Paylaş:

"Kartdan ödəniş zamanı sinxronizasiya - bu cür mexanizm nəqliyyat ödəniş sistemlərində normal praktika hesab olunur və bir çox ölkələrdə tətbiq edilir".

"Kartdan ödəniş zamanı sinxronizasiya - bu cür mexanizm nəqliyyat ödəniş sistemlərində normal praktika hesab olunur və bir çox ölkələrdə tətbiq edilir".

Gundem.today "Unikal"a istinadən xəbər verir ki, bunu faiz dəhlizinin parametrlərinə dair qəbul edilmiş qərarın açıqlanmasına həsr olunan mətbuat konfransında Mərkəzi Bankın İdarə heyətinin sədri Taleh Kazımov bildirib.

O qeyd edib ki, terminal ödənişi qəbul edir və məlumatı sistemə ötürür:

"Ödəniş zamanı sistem kartda vəsaitin olub-olmadığını dərhal tam yoxlamaya da bilər. Sərnişin ödənişi etdikdən sonra vəsaitin bir neçə gün sonra tutulması halları mümkündür".

O, həmçinin vurğulayıb ki, əslində, sistem sonradan kart balansını yoxlayır.

"Nümunə olaraq, kartda həmin anda vəsait olmasa belə, aparat sərnişinə keçid imkanı verir. Lakin sistem həmin kart üzrə borcun yarandığını qeydə alır. Daha sonra müəyyən müddətdən sonra karta yenidən müraciət olunur və balansda vəsait olub-olmadığı yoxlanılır. Əgər vəsait daxil olubsa, məbləğ sonradan tutulur".

AMB sədri onu da əlavə edib ki, bu praktika nəqliyyat sahəsində geniş istifadə olunur:

"Çünki sərnişin kartında pul olmasa belə, avtobusdan və ya qatardan istifadə edə bilir. Daha sonra isə sistem arxa planda kartı periodik şəkildə yoxlayaraq ödənişi həyata keçirməyə çalışır. Balansda vəsait olmadıqda isə yoxlamalar davam etdirilir".

T.Kazımov bildirib ki, terminalların sinxron işləməsi ilə bağlı texniki məsələlər birbaşa həmin ödəniş sistemlərini idarə edən tərəflərin səlahiyyətindədir.

"Bu proseslər əsasən beynəlxalq ödəniş və maliyyə sistemləri tərəfindən müəyyənləşdirilir", - deyə o fikrini tamamlayıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İqtisadiyyat#ictimai_nəqliyyat_ödənişləri#avtobusda_kartla_ödəniş#Taleh_Kazımov#Mərkəzi_Bank#nəqliyyatda_borc_tutulması#terminal_sinxronizasiyası#gediş_haqqı_ödənişi#AMB_sədri

Oxşar Xəbərlər

Bakının ən böyük sənaye parkının ərazisi genişləndirilirİqtisadiyyat

Bakının ən böyük sənaye parkının ərazisi genişləndirilir

Paytaxtın ən böyük sənaye parklarından olan Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi ilə əlaqədar infrastrukturun yaradılması üzrə layihə-smeta sənədləri hazırlanması işlərinə başlanılacaq.

Bu gün
13:560
Taleh Kazımovdan Ramiz Mehdiyevin ailə bankı ilə bağlı AÇIQLAMAİqtisadiyyat

Taleh Kazımovdan Ramiz Mehdiyevin ailə bankı ilə bağlı AÇIQLAMA

"Bank "BTB" ASC-nin Azərbaycan Beynəlxalq Bankına (ABB) inteqrasiyası və aktivlərinin ötürülməsi prosesi mərhələli şəkildə davam edir".

Bu gün
13:040
Kənd Təsərrüfatı Nazirliyi və Almaniyanın məşhur şirkəti memorandum imzaladılarİqtisadiyyat

Kənd Təsərrüfatı Nazirliyi və Almaniyanın məşhur şirkəti memorandum imzaladılar

Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi ilə Almaniyanın "John Deere Walldorf International GmbH" şirkəti arasında Strateji Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Bu gün
13:030
Gürcü nazir: "Geosiyasi gərginliklər ərzaq qiymətlərinə təsir edir" - FOTOİqtisadiyyat

Gürcü nazir: "Geosiyasi gərginliklər ərzaq qiymətlərinə təsir edir" - FOTO

"Geosiyasi gərginliklər və regional münaqişələr aqro-ərzaq dəyər zəncirlərini pozmaqda davam edir".

Bu gün
12:140