
Taleh Kazımovdan Ramiz Mehdiyevin ailə bankı ilə bağlı AÇIQLAMA
"Bank "BTB" ASC-nin Azərbaycan Beynəlxalq Bankına (ABB) inteqrasiyası və aktivlərinin ötürülməsi prosesi mərhələli şəkildə davam edir".
"Bank "BTB" ASC-nin Azərbaycan Beynəlxalq Bankına (ABB) inteqrasiyası və aktivlərinin ötürülməsi prosesi mərhələli şəkildə davam edir".
Gundem.today Modern.az-a istinadən xəbər verir ki, bunu faiz dəhlizinin parametrlərinə dair qəbul edilmiş qərarın açıqlanmasına həsr olunan mətbuat konfransında Mərkəzi Bankın İdarə heyətinin sədri Taleh Kazımov bildirib.
O qeyd edib ki, "BTB" səhmdarları tərəfindən bankın ABB-yə çevrilməsi ilə bağlı müraciət olunub və proses mərhələli şəkildə icra edilir.
"Depozitlərin əksəriyyəti ABB-yə keçirilib, kreditlərin keçirilməsi həyata keçirilir. Hazırda proses normal qaydada davam edir və hər hansı problem müşahidə olunmur. Biz hər hansısa bir problem görmürük. Müştərilər də prosesin gedişi ilə bağlı müraciət edir".
AMB sədri qeyd edib ki, yaxın müddətdə bütün aktiv və öhdəliklərin köçürülməsi başa çatacaq:
"Düşünürəm ki, bu ayın axırı, gələn ayın axırı artıq aktivlərin və öhdəliklərin, kredit portfelinin ABB-yə keçirilməsi təmin olunacaq".
Qeyd edək ki, "Bank BTB" ASC-nin səhmlərinin 74.98%-i (49 829 ədəd) Ramiz Mehdiyevin gəlini Nigar İsmayıl qızı Mehdiyevaya məxsus olub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyatMərkəzi Bank AÇIQLADI: Nəqliyyatda kartlardan vəsait niyə sonradan tutulur? - FOTO
"Kartdan ödəniş zamanı sinxronizasiya - bu cür mexanizm nəqliyyat ödəniş sistemlərində normal praktika hesab olunur və bir çox ölkələrdə tətbiq edilir".
İqtisadiyyatKənd Təsərrüfatı Nazirliyi və Almaniyanın məşhur şirkəti memorandum imzaladılar
Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi ilə Almaniyanın "John Deere Walldorf International GmbH" şirkəti arasında Strateji Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
İqtisadiyyatGürcü nazir: "Geosiyasi gərginliklər ərzaq qiymətlərinə təsir edir" - FOTO
"Geosiyasi gərginliklər və regional münaqişələr aqro-ərzaq dəyər zəncirlərini pozmaqda davam edir".
İqtisadiyyatAzərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dollara çatıb - FOTO
"2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 2.9 milyard ABŞ dolları və yaxud 3.4% artaraq 88 milyard ABŞ dollarına çatıb".