
Məşhur meyxanaçının qızı "Beniz"in məhkəməsində ifadə verdi: "Adımdan yazılanlara təəccüb edirəm"
Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən "Beniz" ləqəbli tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən "Beniz" ləqəbli tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Gundem.today-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahid ifadələri dinlənilib.
Şahid A.F. ifadəsi zamanı Aybəniz Xəlilovanı şəxsən tanımadığını, onu yalnız sosial şəbəkələrdən iş adamı Xalid Kərimovun tanışı kimi bildiyini deyib. Şahid, həmçinin heç bir polis bölməsində və ya müstəntiqin yanında ifadə vermədiyini bildirib. İbtidai istintaq dövründə guya onun adından verilmiş ifadə məhkəmədə elan edildikdən sonra şahid buna təəccübünü gizlədə bilməyib:
"Mənim ümumiyyətlə bu ifadədən xəbərim olmayıb, heç yerdə ifadə verməmişəm və heç bir sənədə imza atmamışam".
* Sevgilisindən 800 min manat tələb edən tiktoker "Bəniz" hakim qarşısında
* Təqsirləndirilən tiktoker "Beniz": "İki ildə "TikTok"dan 306 min manat qazanmışam"
* Tiktoker "Beniz"in məhkəməsində şok etiraf: "Suraxanıya düşsün deyə kartına 500 manat atdım"
İstintaq materiallarındakı imzalara baxarkən şahid onların öz imzasına oxşadığını etiraf etsə də, həmin sənədlərdən və ifadələrdən xəbərsiz olduğunu vurğulayıb.
Şahidin ifadəsindən məlum olub ki, o, tanınmış meyxanaçı Elşən Xəzərin qızıdır və şəhid, qazi ailələrinə yardım göstərməklə məşğuldur. Zərərçəkən Xalid Kərimovu da bu yardımlar çərçivəsində tanıdığını, onunla başqa bir əlaqəsinin olmadığını bildirib:
"Mən onun şəxsi həyatı ilə maraqlanmamışam və buna cəhd də etməmişəm, eləcə də Aybəniz xanımın. Adımdan yazılan ifadələrə təəccüb edirəm, bu necə ola bilər? Mən heç vaxt elə şərait yaratmamışam ki, kimsə şəxsi həyatıma müdaxilə etsin və məni şantaj etsin".
Qeyd edək ki, şahidin adından tərtib olunan ifadədə guya Aybəniz Xəlilovanın Xalid Kərimovla yaxınlığını əsas gətirərək onu şantaj etdiyi və əlindəki fotoları sosial şəbəkələrdə yayacağı ilə hədələdiyi iddia edilib.
Vaxt məhdudiyyəti səbəbindən məsələyə tam aydınlıq gətirilməyib və müzakirə növbəti prosesə saxlanılıb. Məhkəmə iclası mayın 5-nə təyin edilib.
Xatırladaq ki, tiktoker barəsində sevgili olduğu X.Kərimov Suraxanı Rayon Polis İdarəsinə şikayət edib. Hüquq-mühafizə orqanları tərəfindən tiktoker barəsində Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələri ilə cinayət işi başlanıb. Şikayətçi ərizəsində Aybəniz Xəlilovanın ondan hissə-hissə olmaqla 836 min manat pul tələb etdiyini göstərib.
Elgün Həsənli
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Kriminal"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXIB? - Vəkili açıqladı
"İdrak" liseyində silahlı insidentdə xəsarət alan müəllimə Şəhla Kamilovanın işindən ayrıldığı ilə bağlı deyilənlər həqiqəti əks etdirmir.
KriminalPiyadaların ölümünə səbəb olan qəzalar necə qiymətləndirilir? - Ali Məhkəmədən mühüm qərar
Azərbaycan Respublikasının Ali Məhkəməsində yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi üzrə qərar qəbul edilib.
KriminalNazir oğlunu aldadan məşhur maliyyəçiyə qarşı başqa ittihamlar var imiş - TƏFƏRRÜAT
Milyonluq dələduzluqda ittiham olunan "Azfinance İnvestisiya Şirkəti" QSC-nin direktoru İntiqam Səfərəliyevin məhkəmə istintaqı başlayıb.
Kriminal40 min manatlıq oğurluq edən keçmiş məhkum ƏLƏ KEÇDİ
Abşeron rayonu ərazisində yerləşən evlərin birindən 40 min manat dəyərində inşaat materialları, kombi aparatı və avtomobil ehtiyat hissələri oğurlanıb.