
Məşhur türkiyəli müğənni Simgenin narkotik testinin NƏTİCƏLƏRİ AÇIQLANDI
Ötən həftə narkotik araşdırması çərçivəsində saxlanılan və məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılan türkiyəli məşhur müğənni Simge Sağın narkotik testinin nəticələri məlum olub.
Ötən həftə narkotik araşdırması çərçivəsində saxlanılan və məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılan türkiyəli məşhur müğənni Simge Sağın narkotik testinin nəticələri məlum olub.
Gundem.today-ın "TGRT Haber" nəşrinə istinadən xəbərinə görə, Simgenin vəkili Eda Salman Məhkəmə Tibbi Ekspertizasının narkotik testi ilə bağlı nəticəsini açıqlayıb.
"Hesabata əsasən, müvəkkilimin narkotik və ya stimullaşdırıcı maddə istifadə etmədiyi açıq və birmənalı şəkildə ortaya qoyulub. Bu, ictimaiyyətə verdiyimiz əvvəlki açıqlamalarla da uyğunluq təşkil edir və müvəkkilimin yuxarıda qeyd olunan iddialarla heç bir əlaqəsinin olmadığını təsdiqləyir", - deyə Eda Salman bildirib.
Qeyd edək ki, Simge ifadəsində sevgilisi İlkay Şencanın narkotikdən istifadə etdiyindən xəbəri olmadığını deyib.
"Çantasında narkotik maddə tapdılar. Narkotikdən istifadə etdiyindən xəbərsiz idim. Həmçinin çantanın içində narkotik maddə olduğunu da bilmirdim. Narkotik istifadə etmirəm, mənə qarşı irəli sürülən ittihamlar əsassızdır", - deyə o bildirib.
Xatırladaq ki, Türkiyənin Beykoz Respublika Prokurorluğu tərəfindən məşhurlar arasında aparılan narkotik istintaqı çərçivəsində aprelin 7-də İstanbulda saxlanılan müğənni Simge Sağ qan və saç nümunələri götürüldükdən sonra ifadə vermişdi və daha sonra onun barəsində ölkədən çıxış qadağası şəklində məhkəmə nəzarəti tədbirlərinin tətbiq olunmasına qərar verilmişdi.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Şou-biznesReper Kanye Uestin Polşadakı konserti ləğv edildi
Amerikalı reper Kanye Uestin Polşada keçirilməsi planlaşdırılan konserti musiqiçinin qalmaqallı ifadələri fonunda ləğv edilib.
Şou-biznesTürkiyədə məşhur serialların yayımı dayandırıldı: Ssenarilər dəyişdirilir
Türkiyədə Şanlıurfa və Kahramanmaraşda baş verən və ölkə gündəmini zəbt edən məktəb hücumlarından sonra cinayət, şiddət və zorakılıq motivli bəzi serialların yeni bölümlərinin nümayişi dayandırılıb.
Şou-biznesABŞ-li məşhur reperi Avropada konsertini təxirə saldı
ABŞ-dən olan tanınmış reper Kanye Uest iyunun 11-də Marsel şəhərində yerləşən "Stade Velodrome" stadionunda baş tutmalı olan konsert proqramını ertələyib.
Şou-biznesABŞ-li məşhur reper Avropada konsertini təxirə saldı
ABŞ-dən olan tanınmış reper Kanye Uest iyunun 11-də Marsel şəhərində yerləşən "Stade Velodrome" stadionunda baş tutmalı olan konsert proqramını ertələyib.