
Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Dünya kubokuna bu gün yekun vurulur
Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Dünya kubokuna bu gün yekun vurulur.
Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Dünya kubokuna bu gün yekun vurulur.
Gundem.today xəbər verir ki, üç gündür davam edən yarışların final mərhələsində gimnastlar halqa, top, lent və gürzlər kimi müxtəlif alətlərlə fərdi proqramlarda, eləcə də 3 halqa + 2 cüt gürz və 3 top + 2 cüt gürz kombinasiyaları üzrə qrup hərəkətlərində qüvvələrini sınayırlar.
Artıq 13-cü dəfədir ki, ölkəmizdə keçirilən bədii gimnastika üzrə Dünya kubokuna 42 ölkədən ən istedadlı gimnastlar toplaşıblar.
Qeyd edək ki, bu kuboku digərlərindən fərqləndirən əsas məqam onun Los-Anceles 2028 Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşımasıdır.
Yarışın sonunda ən yüksək icra xalını toplayan fərdi gimnast və qrup hərəkətləri komandası ənənəyə uyğun olaraq "AGF Trophy" mükafatına layiq görüləcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanAvropa çempionatı: Azərbaycan güləşçiləri günü iki bürünc medalla başa vurublar
Azərbaycanın yunan-Roma güləşçisi Beka Kandelaki Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşdə uduzub.
İdmanİtaliyada 50 futbolçunun adı gecə əyləncələrində hallandı
Milan Prokurorluğu fahişəlik və nəşələndirici qazla müşayiət olunan gecə əyləncələri təşkil etməkdə şübhəli bilinən şirkətlə bağlı araşdırmaya başlayıb.
İdmanAvropa çempionatı: Azərbaycanın daha bir güləşçisi bürünc medal qazandı
Azərbaycanın daha bir yunan-Roma güləşçisi İslam Abbasov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
İdmanİsa Rüstəmov Avropa çempionatında gümüş medal qazanıb
Azərbaycanlı ağırlıqqaldıran İsa Rüstəmov Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında gümüş medal əldə edib.