
Milli Onkologiya Mərkəzindəki partlayışda xəsarət alan həkim ölüb? - RƏSMİ AÇIQLAMA
Sosial şəbəkələrdə aprelin 30-da Bakıda Milli Onkologiya Mərkəzində baş verən partlayış zamanı xəsarət alan həkim Asif Nəsirlinin ölməsi barədə məlumatlar yayılıb. Məlumatda bildirilir ki, həkimlərin səyinə baxmayaraq A.Nəsirli bu gün dünyasını dəyişib.
Sosial şəbəkələrdə aprelin 30-da Bakıda Milli Onkologiya Mərkəzində baş verən partlayış zamanı xəsarət alan həkim Asif Nəsirlinin ölməsi barədə məlumatlar yayılıb. Məlumatda bildirilir ki, həkimlərin səyinə baxmayaraq A.Nəsirli bu gün dünyasını dəyişib.
Məsələ ilə bağlı Baş Prokurorluqdan Gundem.today-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:
"Partlayış nəticəsində xəsarət alan həkim Asif Nəsirlinin vəziyyəti ağırdır, müalicəsi davam etdirilir. Həkimin ölməsi ilə bağlı yayılan məlumat yalandır".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəKülli miqdarda narkotik vasitə və həbin ölkə ərazisinə keçirilməsinin qarşısı alındı
Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 19 kiloqram 665 qram narkotik vasitə marixuana və 20 050 ədəd müxtəlif tərkibli həbin (19 950 ədəd metadon "M-40", 50 ədəd "Gelofen 400", 50 ədəd "Tedaphen 400") İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.
Hadisə"Zirə Broyler"in direktorunun ölkədən çıxışına "stop" qoyuldu - SƏBƏB
"Zirə Broyler" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) icraçı direktoru inzibati məsuliyyətə cəlb edilib.
HadisəBakıda beş yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılaraq ölüb
Bakıda azyaşlı uşaq faciəli şəkildə ölüb.
HadisəKülli miqdarda narkotiki Azərbaycana keçirmək istədilər - FOTO
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 55 kiloqram 574 qram narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.